Rusiyada döyülən azərbaycanlı müğənnidən açıqlama

Rusiyada döyülən azərbaycanlı müğənnidən açıqlama
14:42 27 Oktyabr 2016
367 Şou
Ölkə mətbuatı
A- A+

Ötən il  toy məclisində oxumaq adı ilə aldadlıaraq Rusiyaya dəvət edilən və Moskvada döyülən müğənni Vüqar Muradovun şok görüntüləri yayılıb.

Milli.Az atv.az-a istinadən bildirir ki, videoda Vüqarın polis idarəsində olduğu və erməni əsilli bir yaşlı kişi tərəfindən çəkildiyi görünür.

Hazırda Avstriyada olan müğənni görüntüləri belə şərh edib:

"Mən artıq bu döyülmə məsələsindən danışmaqdan həm yorulmuşam, həm də o məqamları xatırlatdıqca, cox üzülürəm. Əlbəttə, kişinin başına iş gələr. Kişi döyər də, döyülər də. Lakin öz həmyerlilərim məni az qala  ölümcül vəziyyətə saldıqdan sonra yoldan keçən erməni tərəfindən xilas edilməyim məni indiyədək çox üzür. Xüsusi ilə ona görə ki, o da məndən istifadə etmək niyyətində imiş və bu videogörüntülər onun məqsədlərini açıq-aşkar bildirir. Mən o məqamda özümdə deyildim və çəkildiyimi də görməmişdim, anlamamışdım. Sonra o adam mənə zəng edib bu görüntüləri ondan pul müqabilində almağımı təklif etdi. Əks təqdirdə isə onları yayımlayacağı ilə hədələdi. Təbii ki, mən belə şantajla barışa bilməzdim və onun təklifini rədd etdim. O da yəqin ki, acığa düşüb videonu yayıb".

Xatırladaq ki, müğənninin Moskvada döyülmək məsələsi bir çox Azərbaycan KİV-i tərəfindən işıqlandırılmış, lakin oxucuların əksəriyyəti bunu sadəcə bir piar kimi qiymətləndirmişdi. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/483724.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR