Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən könüllülərə bank kartları verilib

"ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən könüllülərə bank kartları verilib

Date: 27 October 2016 14:42

Bakı. 27 oktyabr. REPORT.AZ/ "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən könüllülərə bank kartları verilib.
"Report" xəbər verir ki, dövlət başçısı İlham Əliyevin Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi işçilərinin, "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanları işçilərinin və könüllülərin həvəsləndirilməsi, habelə mərkəzlərin fəaliyyətinin inkişaf etdirilməsi məqsədi ilə imzaladığı sərəncamın icrasına başlanılıb.
Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsin müdir müavini, ASAN School künüllülük məktəbinin rəhbəri Cahangir Hacıyev bildirib ki, artıq sərəncama uyğun olaraq "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən bütün könüllülərə müvafiq bank kartlarının verilməsinə başlanılıb: "Sözügedən bank kartları vasitəsilə ASAN könüllülərinə bir il müddətində aylıq mükafatın verilməsi nəzərdə tutulub. Bu, avqustun 1-dən fəaliyyətdə olan könüllülərə şamil olunur. Hazırda mərkəzlərdə fəaliyyət göstərən 800-ə yaxın könüllü bu vəsaiti alacaq. Bundan sonra da fəaliyyətə başlayacaq könüllülər ilk iş günündən bu kartı əldə edərək inkişaf proqramı çərçivəsində bu vəsaiti almaq imkanı qazanacaq".
Qeyd edək ki, Prezident İlham Əliyevin sentyabrın 5-də imzaladığı sərəncama əsasən, Prezidentin Ehtiyat Fondundan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 5 milyon manat ayrılıb.
Xatırladaq ki, "ASAN xidmət" mərkəzlərində könüllülük fəaliyyəti ASAN School könüllülük məktəbi çərçivəsində həyata keçirilir. Ayrılan vəsait ASAN könüllülərinin özünüinkişaf proqramına dəstək və həvəsləndirilməsinə xidmət edəcək.

Tags:  ASAN xidmət mərkəzlərində fəaliyyət göstərən könüllülərə bank kartları verilib


RƏYLƏR


Top news