Kəmaləddin Heydərov Hindistanın yeni səfiri ilə görüşüb

Kəmaləddin Heydərov Hindistanın yeni səfiri ilə görüşüb
14:44 27 Oktyabr 2016
37 Digər
Ölkə mətbuatı
A- A+

 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana ilə görüşüb.

 

Fövqəladə Hallar Nazirliyinin ( FHN) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazir Kəmaləddin Heydərov ölkədə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən bəhs edib. O, nazirliyin nümayəndə heyətinin gələn ay Hindistanda keçiriləcək Fəlakət Risklərinin Azaldılması üzrə Asiya Nazirlər Konfransında iştirak edəcəyini diqqətə çatdırıb və  bu mühüm tədbirin həm də hər iki ölkənin uyğun qurumları arasında əməkdaşlığa yeni töhfə olacağını vurğulayıb.

 

Görüşə görə təşəkkürünü bildirən səfir Sanjay Rana əlavə edib ki, Hindistan Respublikasının müvafiq qurumları ilə Azərbaycanın Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlığın geniş perspektivləri var və bu perspektivlərdən yararlanmaq üçün ölkəmizdəki diplomatik fəaliyyəti müddətində səylərini əsirgəməyəcək. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257818

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR