Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İran Aİ-yə Tehranda ofis açmağa icazə verməyəcək

İran Aİ-yə Tehranda ofis açmağa icazə verməyəcək

Həsən Ruhani: "İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" (05 Mart 2017 16:33)
Həsən Ruhani: "İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" (05 Mart 2017 16:27)
"Aviareps" şirkəti Bakıda ofis açıb (02 Mart 2017 11:27)

Tarix: 27 Oktyabr 2016 14:47

İran Avropa İttifaqına (Aİ) Tehranda ofis açmağa icazə verməyəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın insan hüquqları üzrə qərargahının katibi Məhəmməd Cavad Laricani deyib.

Bu yaxınlarda Strasburqda Avropa Parlamentinin plenar sessiyasında Aİ-nin İrana münasibətdə strategiyası üzrə məruzənin bəyənilməsini şərh edən M.Laricani bildirib ki, belə ofis "korrupsiya evi" olacaq və İranın məhkəmə hakimiyyəti buna imkan verməyəcək".

Katib deyib ki, Aİ-nin qətnaməsində bir çox problemlər var: "Avropa İttifaqının İrana diktə etmək hüququ yoxdur".

Qeyd edək ki, ötən gün İran Xarici İşlər Nazirliyi Aİ-nin rəsmi Tehranla münasibətlərin normallaşdırılması barədə qərarını alqışlamışdı.

Milli.Az


Teqlər:  İran Aİ-yə Tehranda ofis açmağa icazə verməyəcək



RƏYLƏR


Top xəbərlər