NASA-ya gedəcəyi deyilən azərbaycanlı gənc hər kəsi aldatdı - FOTO

NASA-ya gedəcəyi deyilən azərbaycanlı gənc hər kəsi aldatdı - FOTO
14:47 27 Oktyabr 2016
128 Ölkə
Ölkə mətbuatı
A- A+

Sosial şəbəkələrin qəhrəmanına çevrilən Kənan Əhmədli adlı gəncin yalanı üzə çıxıb.
 
Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyi bununla bağlı açıqlama yayıb. Belə ki, bir neçə gün öncə səfirliyin rəsmi "facebook" səhifəsində Kənan haqda məlumat paylaşılmış və bu haqda yazılmışdı:

"İstedadlı və gənc azərbaycanlı proqramçı Kənan Əhmədli bu yaxınlarda ABŞ-a NASA-da təcrübə keçməyə yola düşəcək! Kənan proqramlaşdırma və meta-proqramlaşdırma sahəsində çalışır. O dostu ilə birgə Septini Akademiyasını təsis edib və orada proqramlaşdırılma, kiber təhlükəsizlik və robotlaşdırılma üzrə dərs deyir. 20 yaşında olmağına baxmayaraq, o artıq 23 əsərin müəlifidir və onun məhz elmi-fantastika üslubunda yazılan "Mələk Beyni" adlı əsəri onun NASA-ya yolunu açıb. O, kitabında şüuraltı beyinin şüurüstü beyinlə müqayisədə daha güclü olduğunu yazır və bu fenomeni "Mələk Beyni" adlandırır. Buna dair əsərində elmi konsepsiya formalaşdıran Kənan NASA-da təcrübə zamanı bu konsepsiya üzərində çalışaraq süni intellekt və robotlaşdırma sahəsində biliklərini artırmağı planlaşdırır. Biz, Kənana uğur arzu edirik və əminik ki, bu möhtəşəm imkan ona parlaq karyera qurmağa kömək edəcək. Kənanın təcrübəsinin gedişatı barədə məlumatlı qalmaq üçün səhifəmizi izləyin".
 
Bu paylaşımdan sonra çoxsaylı izləyicilər etiraz edib.
 
Jurnalist Turxan Qarışqa yazıb: "Bu gənc deyir ki, NASA-da intern (təcrübə) keçəcək. NASA-nın rəsmi saytı isə deyir ki, onlarda Azərbaycan və digər ölkələr üçün təcrübə proqramı yoxdur (Təcrübə ölkələrinin siyahısı: https://intern.nasa.gov/non-us-opportunities/index.html)
 
Kənan deyir ki, təcrübə programını Nyu-Yorkda keçəcəkmiş. Nyu-Yorkda NASA-nın təkcə bir İnsitutu var - Goddard institute for space studies. Orada da ancaq iqlim dəyişikliyi və s. tədris olunur (http://www.giss.nasa.gov/edu/intern/)
 
Camaatı aldadır ki, Robotics üzrə təlim keçəcək. Robotics sahəsində təlim və tədrisləri Nyu-Yorkda yox, ancaq Kaliforniyada keçirlər - insitutun adı "Jet propulsion lab". Belə xırda detallar çoxdur. Təbii, çox istərdim Azərbaycandan gənclər gedib oxusun, təhsil alsın. Amma camaatı dolmasınlar. Ehtimal ki, bu gənc NASA-zad adıyla özünü promout reklamını edir və şirkətlərdən pul qoparır. NASA-ya məktub atmışam, yəqin, yaxın günlərdə cavab da gələr.  NASA-ya turist kimi getmək mümkündür - turistik səfər var. "Apply" edib hamı gedə bilər.
 
Bu şərhdən sonra ABŞ-ın Azərbaycandakı səfirliyi Kənanla bağlı yazını redaktə edib və bu sözləri qeyd edib: 

"Dostlar, dünəndən etibarən paylaşdığımız hekayə ilə bağlı bir çox şikayət gəldi və Kənan Əhmədlinin NASA-da təcrübə keçmə məlumatının yanlış olduğu iddia olundu. Biz məsələni araşdırdıq və çoxsaylı şikayətləri, həmçinin məsələ ilə bağlı bizimlə paylaşılan məlumatları nəzərə alaraq, o qənaətə gəldik ki, paylaşdığımız məlumat səhvdir. Bizə məlumat KİV-dən daxil olub və sosial şəbəkələrdə məsələ ilə bağlı yayılan məlumatların doğru olub-olmamasını yoxlamaq bir qədər zaman aparıb. Məsələyə aydınlıq gətirmək üçün kömək edən və bununla bağlı bizə məlumat verən hər bir şəxsə ayrı-ayrılıqda təşəkkür edirik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/483731.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR