Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Play Station”u həyat yoldaşından üstün tutan futbolçu - VİDEO

“Play Station”u həyat yoldaşından üstün tutan futbolçu - VİDEO

Date: 27 October 2016 15:03

Futbolçuların kompyuter oyunlarına aludəçiliyi geniş vüsət alıb. Bu gün hətta Messi, Ronaldo kimi əfsanələr də boş vaxtlarında ekran qarşısına keçir və meydanda daha yaxşı bacardıqları işi “Play Station”da da sınaqdan keçirirlər.

Publika.az xəbər verir ki, “Latsio”nun və İtaliya millisinin hücumçusu Çiro İmmobile də “Play Station” “xəstəsidir”. Ancaq bunun da həddi olmalıdır. 26 yaşlı futbolçu komputerdə futbol oynayarkən bu dünyadan sanki təcrid olur. Onun xanımı Cessika “Instagram” səhifəsində maraqlı video paylaşıb. Videoda Cessika iki dəfə ərini yanına çağırır, ancaq başı futbola qarışan Çiro heç ona fikir də vermir.

Cari mövsümdə İmmobile “Latsio”nun heyətində A seriyasında 9 oyuna çıxıb və 6 qol vurub.

Pərviz Hikmət


Tags:  Play Stationu həyat yoldaşından üstün tutan futbolçu VİDEO


RƏYLƏR


Top news