Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Avropa İttifaqı və Kanada ticarət sazişi üzrə razılıq əldə edib

Avropa İttifaqı və Kanada ticarət sazişi üzrə razılıq əldə edib

Date: 27 October 2016 15:12

Bakı. 27 oktyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) və Kanada iki tərəf arasında ticarət sazişi (CETA) üzrə razılıq əldə edib.
"Report" "Euronews"a istinadən xəbər verir ki, bu barədə Belçikanın Baş naziri Şarl Mişel məlumat verib.
Onun sözlərinə görə, daha əvvəl sazişin qəbul edilməsinə maneə törədən Belçikanın Valloniya regionu (Belçikanın cənubundakı 5 əyaləti özündə birləşdirir - red.) da əməkdaşlığa razılıq verib.
Qeyd edək ki, CETA sazişi Kanada və Aİ arasında azad ticarəti nəzərədə tutur. Valloniyalı sahibkar razılaşmadan sonra Kanada məhsullarının onların məhsullarını bazardan sıxışdırıb çıxarmasından çəkinirdi. 

Tags:  Avropa İttifaqı Kanada ticarət sazişi üzrə razılıq əldə edib

RƏYLƏR


Top news