Sakinlərdən şikayət: Əgər insafınız varsa...

Sakinlərdən şikayət: Əgər insafınız varsa...
15:12 27 Oktyabr 2016
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı sakinlərindən biri Milli.Az-a müraciət edərək Bakıdan Abşeron rayonu Masazır qəsəbəsinə avtobus xətlərinin az olmasından şikayət edib. Onun sözlərinə görə, mövcud marşrutdakı avtobusların sayı sərnişinlərin tələbatını tam ödəmir:


"Bu boyda yaşayış massivinə 1 avtobus xidmət edir. Burada insanların sayı getdikcə artacaq və problem çıxılmaz vəziyyətdə olduğu kimi də qalacaq. Camaat isə dərsə, işə gecikir və taksi ilə getmək məcburiyyətində qalır. Tələbata görə şirkət lazımi qədər qazanır. Amma insanlar hər dəfə niyə taksi ilə getməlidirlər? İnsanlara mənfəət kimi baxmayın. Əgər insafınız varsa, Masazıra yeni marşrut xətti açın. Avtobus "Qurtuluş"dan yuxarı qalxan kimi ağzınacan dolu olur".

Məsələ ilə bağlı Milli.Az-ın sorğusunu cavablandıran Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova bildirib ki, problemlə əlaqədar Msazırda fəaliyyət göstərən daşıyıcı şirkətə məlumat veriləcək:

"Həmin istiqamətdə 215 saylı marşrut xətti üzrə avtobuslar hərəkət edir. Biz Masazırdan metronun "Memar Əcəmi" stansiyası və əks istiqamətdə fəaliyyət göstərən bu marşrut xətti ilə bağlı daşıyıcı şirkətlə mütəmadi əlaqə saxlayırıq. Artıq BNA tərəfindən həmin daşıyıcı şirkətə 2 rəsmi məktub ünvanlandırılıb. Çünki həmin marşrutdakı avtobuslarla bağlı ardı-arası kəsilmədən şikayətlər daxil olur. Biz də bunları şirkətə bildirmişik. İndi bu şikayətlə də bağlı ölçü götürülməsi üçün daşıyıcı şirkətə məlumat verəcəyik".

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/483706.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR