Tanınmış aktrisa boşanma xəbərlərindən danışdı - FOTO

Tanınmış aktrisa boşanma xəbərlərindən danışdı - FOTO
15:22 27 Oktyabr 2016
161 Maraqlı
Ölkə mətbuatı
A- A+

Məşhur aktrisa Birce Akalay boşanmağı barədə yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, ötən gün "Gələcəyin sineması" mükafatlandırma mərasiminə qatılıb.

Gecədə tək iştirak edən Akalay jurnalistlərin suallarını cavablandırıb.

"Sarp Levendoğlu film üçün Hindistana gedib. Bu səbəbdən tədbirə tək gəlmişəm. Boşanmağım barədə yayılan xəbərlər məni yorur. Məncə, bu mövzu köhnəlib. Bir dəli quyuya daş atıb, qırx ağıllı çıxara bilməyib", - deyə Birce qeyd edib.

Xatırladaq ki, məşhur cütlük 2014-cü ildə ailə həyatı qurub. Akalay 10 gün əvvəl: "Həyat yoldaşım Datça ərazisində qalır. Məcbur qalmadıqca İstanbula gəlmir", - açıqlaması vermiş, cütlüyün boşanmağı barədə xəbərlər yayılmışdı.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/483645.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR