Əsəd sovet muzeylərində “ölüləri” dirildir

Əsəd sovet muzeylərində “ölüləri” dirildir
15:38 27 Oktyabr 2016
46 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyanın hökumət gücləri sovet istehsalı olan M-240 minaatanlarını ”həyata” qaytarıblar.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, döyüş əməliyyatlarının genişlənməsi hökumət güclərini buna məcbur edib.

Bu silah hələ 1980-ci ildə köhnəlmiş hesab edildi və onu kütləvi şəkildə özüyeriyən 2S4-lə əvəz etməyə başladılar. Suriyada vətəndaş müharibəsi başlananda isə M-240 minaatanlarını yalnız muzeylərdə görmək mümkün idi. Ancaq intensiv döyüş əməliyyatları Suriya hərbi rəhbərliyini bu silahı döyüş meydanına qaytarmağa məcbur edib.

Məlumata görə, hazırda Suriya ordusunun minaatan bölmələri M-240 minaatanlarını Rusiyadan almağa başlayıb. Silahın istifadə etdiyi 308 “Nerpa” döyüş sursatının çəkisi 230 kiloqram, döyüş hissəsinin çəkisi isə 112 kiloqramdır. Onun maksimal atış məsafəsi isə təxminən 19,3 kilometrdir. Bir mina 1,4 hektara qədər ərazidə düşmənin canlı qüvvəsini məhv etməyə qadirdir.

Bəzi hərbi ekspertlər gözləyirdilər ki, suriyalılara həmçinin 1K113 “Smelçak” kompleksinin 3F5 tipli minaları veriləcək. Ancaq sözügedən silahın Suriya ordusuna çatdırılması barədə hələlik məlumat yoxdur.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173747.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR