Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Brilyant oğlan” göz yaşlarını saxlaya bilmədi - FOTO/VİDEO

“Brilyant oğlan” göz yaşlarını saxlaya bilmədi - FOTO/VİDEO

Date: 27 October 2016 15:43

“Karatenin Maradonası”, “Brilyant oğlan” kimi məşhurlaşan Rafael Ağayev Avstriyada karate üzrə keçirilən dünya çempionatının finalındadır.

Publika.az xəbər verir ki, finala vəsiqəni təmin edəndən sonra ürək sözlərini deyən Rafael göz yaşlarını saxlaya bilməyib. Ağayev onu dəstəkləyən hər kəsə minnətdarlığını bildirib: “Çox sevinirəm ki, finaldayam. Gözüm zədələnsə də, bu önəmli deyil. Əsas odur ki, finaldayam və dünya çempionu olmaq istəyirəm”.

Finala gedən yolda 75 kq çəki dərəcəsində mübarizə aparan Rafael Ermənistandan olan Seryoja Sarkisyanı 3:0 hesabı ilə məğlub edib.

13 qat Avropa çempionumuz finalda Misir təmsilçisinə qalib gələrsə, 5-ci dünya çempionluğunu bayram edəcək.

Pərviz Hikmət


Tags:  Brilyant oğlan göz yaşlarını saxlaya bilmədi FOTOVİDEO

RƏYLƏR


Top news