Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əvəz Ələkbərovun xalası oğlunu qətlə yetirən qadının şikayəti əsasında məhkəmə başlayıb

Əvəz Ələkbərovun xalası oğlunu qətlə yetirən qadının şikayəti əsasında məhkəmə başlayıb

Date: 27 October 2016 15:52

Bakı. 27 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində ərini qətlə yetirməkdə təqsirləndirilən Xalidə İsgəndərovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Bunu "Report"a vəkil Cavanşir Süleymanov bildirib.
Onun sözlərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 
Məhkəmənin növbəti prosesi noyabrın 10-na təyin edilib. 
Qeyd edək ki, qətl hadisəsi 2014-cü ilin sentyabr ayında baş verib. 1964-cü il təvəllüdlü Füzuli Haqverdi oğlu İsgəndərov yaşadığı evin yaxınlığında amansızlıqla öldürülüb. Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı hadisənin mərhumun həyat yoldaşı, paytaxt sakini, 1969-cu il təvəllüdlü Xalidə İsgəndərova tərəfindən törədildiyi məlum olub. X.İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.
2015-ci il noyabr ayının 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda X.İsgəndərovanın vəkili vəsatətlə çıxış edib. O, cinayət işinin materialları ilə tanış olduqlarını, cinayəti zərərçəkənin həyat yoldaşı X.İsgəndərova tərəfindən törədilmədiyini və istintaq zamanı cinayət işinin sübutlarının saxtalaşdırıldığını və kobud səhvə yol verildiyini bildirib. Dövlət ittihamçısı çıxış edərək bildirib ki, qaldırılan vəsatət əsassızdır. Amma hakimlər kollegiyası vəsatət təmin edib. Kobud qayda pozuntularının qeydə alınmasına görə iş istintaqa qaytarılıb. Həbs qətimkan tədbiri isə dəyişdirilmədən saxlanılıb.
Bu il senytabr ayının 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.İsgəndərova 18 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, qətlə yetirilən F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.

Tags:  Əvəz Ələkbərovun xalası oğlunu qətlə yetirən qadının şikayəti əsasında məhkəmə başlayıb

RƏYLƏR


Top news