Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gənclər və İdman Nazirliyində istefa

Gənclər və İdman Nazirliyində istefa

Date: 27 October 2016 15:57

Gənclər və İdman Nazirliyinin (GİN) Dopinqə qarşı mübarizə sektorunda kadr dəyişikliyi olub. Fanat.Az xəbər verir ki, sektorun müdiri İradə Rüstəmzadə vəzifəsindən azad olunub. 


Faktı AzVision.az-a açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova təsdiqləyib. 


O bildirib ki, İ.Rüstəmzadə bir neçə gün öncə öz istəyi ilə ərizə yazıb və işdən azad olunub. "İradə Rüstəmzadə illərdir sektora rəhbərlik edib. Lakin bir neçə gün öncə öz istəyi ilə ərizə yazdı və işdən azad olundu. Onun çıxmasının sektorun fəaliyyətinə heç bir təsiri yoxdur. Nazirliyin Dopinqə qarşı mübarizə sektoru əvvəlki qayda da öz işini davam etdirir”.





Tags:  Gənclər İdman Nazirliyində istefa

RƏYLƏR


Top news