Ərdoğan: "Rakkanın azad edilməsi üçün "YPG"yə ehtiyac yoxdur"

Ərdoğan: "Rakkanın azad edilməsi üçün "YPG"yə ehtiyac yoxdur"
15:57 27 Oktyabr 2016
17 Dünya
Ölkə mətbuatı
A- A+

Barak Obama ilə telefon danışığında İŞİD-i Rakkadan birlikdə atmağı təklif etdim. Rakkanın azad edilməsi üçün "YPG"-yə (terorçu PKK-nın Suriya qolu - "Report") ehtiyac yoxdur.

Milli.Az report-a istinadən bildirir ki, bunu ölkə prezidenti Rəcəb Tayib Ərdoğan Beştəpədə veteranlar və şəhid ailələrinə həsr olunmuş tədbirdə deyib.
"Onlar əl-Babı da tərk edəcəklər. Mübarizə belə davam edəcək. Oradan sonra Münbiçə, Rakkaya gedəcəyik. Ötən gün axşam Barak Obama ilə uzun-uzadı danışığımız oldu. Məsələ ilə bağlı atacağımız addımları müzakirə etdik. Bunu da söylədim: "PYD-YPG (terrorçu PKK qruplaşmasının Suriyadakı qolları) terror qruplarına bizim ehtiyacımız yoxdur. PKK, PYD və YPG - bunlar eyndir. Gəlin, Rakkanı birlikdə azad edək. Bunu etməyə gücümüz də var. YPG, PYD - bunlar bəsit terror qruplarıdır", - deyə o vurğulayıb.

Türkiyənin müdafiə naziri Fikir Işık da ABŞ-ın davranışına münasibət bildirib: "ABŞ rəsmiləri PKK-PYD ünsürlərinin Münbiçdən çıxdığını söyləyirlər. ABŞ-ın bu məsələdə verdiyi sözə əməl etməsini gözləyirik. Bundan sonra sadəcə sözə deyil, əmələ baxmaq vəziyyətindəyik. Yoxsa, Türkiyə tərəddüd etmədən lazım olanı edər".

Qeyd edək ki, ABŞ terrorçu İŞİD qruplaşmasının əsas mərkəzi sayılan Rakkanın azad edilməsində terrorçu PKK-nın yaratdığı "Suriya Demokratik Gücləri" adlanan silhalılardan istifadə etmək istəyir. Rəsmi Vaşinqton bununla da terrorçu PKK ilə əməkdaşlıq etmədiyinə Türkiyəni inandırmağa çalışır.
Xatırladaq ki, ABŞ-ın müdafiə naziri Eşton Karter bir neçə həftədən sonra beynəlxalq koalisiya qüvvələrinin Rakkanın azad edilməsi əməliyyatına başlayacaqlarını bildirmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/483750.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR