Suriyanın paytaxtı Dəməşqin Duma rayonu Əsəd qüvvələri tərəfindən bombardman edilib.
Milli.Az axar.az-a istinadən bildirir ki, hadisə nəticəsində 9 dinc sakin həlak olub, onlarla insan yaralanıb.
Xatırladaq ki, tez-tez hava hücumlarına məruz qalan Dumada 16 avqust 2015-ci ildə təşkil olunan hava hücumları zamanı 115 nəfər öldürülmüş, 300 nəfər yaralanmışdı.
Milli.Az