"Accessbank"ın təklif etdiyi "myCard"ın imkanları genişlənib

"Accessbank"ın təklif etdiyi "myCard"ın imkanları genişlənib
16:17 27 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 27 oktyabr. REPORT.AZ/ "Accessbank" ASC-nin təklif etdiyi "myCard"ı artıq ABŞ dolları və avro valyutalarında da əldə edib, bir çox kart funksiyalarını özündə cəmləşdirən bir məhsuldan yararlanmaq mümkündür.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, hər bir müştəri kart hesablarında olan müsbət qalığa illik 5%-ə qədər gəlir əldə edəcək.
Həmçinin, "myCard"ı istifadə edən bütün müştərilər "Accessbank"ın bankomatlarında və POS-terminallarında 0% komissiya ilə pul nağdlaşdıra bilərlər. Bundan əlavə, "myCard"la edilən ödənişlərə "Access Qazanc" proqramı çərçivəsində cash-back xidməti tətbiq olunur. Bu xidmət sayəsində "Accessbank"ın kartı ilə edilən ödənişlərin bir hissəsi müştəriyə geri qayıdır.
"Accessbank"ın bütün yeni və cari müştəriləri "myСard"ı məhdudiyyətsiz olaraq, Bankın filiallarından əldə edə bilərlər.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/accessbank-in-teklif-eutdiyi-mycard-in-imkanlari-genislenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR