Yağışda maşınına ziyan dəyənlərin DİQQƏTİNƏ – Dəymiş ziyanı onlardan tələb edin!

Yağışda maşınına ziyan dəyənlərin DİQQƏTİNƏ – Dəymiş ziyanı onlardan tələb edin!
16:22 27 Oktyabr 2016
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Sürəkli yağışlardan sonra Bakı şəhərinin küçə və prospektlərində, habelə bəzi başqa yollarda yaranan gölməçələr səbəbindən xeyli avtomobil sahiblərinə ciddi ziyan dəyib. Ümumiyyətlə, yol təsərrüfatında mövcud olan müxtəlif xarakterli qüsurlar səbəbindən nəqliyyat vasitələrinə tez-tez kifayət qədər sanballı ziyan dəyir. Lakin əksər zərərçəkənlər belə halda nə edəcəklərini bilmirlər və məruz qaldıqları zərəri özləri aradan qaldırırlar. 

Milli.Az avtosfer.az-a istinadən bildirir ki, belə yanaşma yol təsərrüfatına görə cavabdeh qurumların məsuliyyətsizliyini bir az da artırır.

Amma qanunvericilik bu tipli problemlər səbəbindən zərərə məruz qalmış avtomobil sahiblərinə hüquq verir ki, məruz qaldıqları zərərin əvəzini yol təsərrüfatına, yollarda hərəkətin təşkilinə görə məsul olan qurumlardan tələb etsinlər.
Qanunvericiliyin konkret normalarına baxaq. "Yol hərəkəti haqqında" Qanunun 6-cı maddəsinin 1-ci hissəsinin 5-ci bəndi yol hərəkəti sahəsində fiziki şəxslərin hüquqlarından birinin yolların hərəkət təhlükəsizliyi tələblərinə uyğunsuzluğu nəticəsində baş vermiş yol-nəqliyyat hadisələri zamanı səhhətinə, eləcə də nəqliyyat vasitəsinə dəymiş zərərin ödənilməsini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada tələb etmək olduğunu təsbit edir. Deməli, hər kəs bu hüququndan istifadə edərək gölməçəyə, qapağı açıq lyuka, yoldakı dərin çalaya düşdükdə, yaxud qabarma yerinə toxunduqda və s. bu kimi hallarda avtomobilinə dəymiş ziyanın əvəzini buna görə məsul qurumdan tələb edə bilər.

Yollardan istifadə edən fiziki və ya hüquqi şəxs bu xidmətin istehlakçısıdır. Yolların tikilməsi, onların lazımi qaydada saxlanılması, yollarda hərəkətin qanunauyğun təşkili, yollarda mövcud olan müxtəlif maneələrin aradan qaldırılması cəmiyyətə göstərilən xidmətdir. Bu xidmət qanunvericiliklə müəyyən olunan qaydada, qanunvericiliyin təsbit etdiyi tələb və şərtlərə uyğun təşkil edilməli və göstərilməlidir. Bu xidmətin istehlakı zamanı onun keyfiyyətsizliyi səbəbindən fiziki və ya hüquqi şəxslərə zərər dəyərsə, istehlakçı hüquqları pozulmuş olacaqdır. Yenə də qanuna müraciət edək. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun 3-cü maddəsi Azərbaycan Respublikası ərazisində istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüququnun olduğunu təsbit edir. Həmin Qanunun 12-ci maddəsində isə deyilir ki, istehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir.
Göründüyü kimi, qanunlar yolun bərbad olmasına görə təkcə dəymiş faktiki maddi ziyanın əvəzinin yox, həm də mənəvi ziyanın həmin xidməti belə qüsurlu şəkildə göstərən subyektdən tələb etmək hüququnun olduğunu təsbit edir.

Bir şeyi də xatırladaq ki, ölkəmizdə əsas magistral yollar, o cümlədən Bakı şəhərinin əksər küçə və prospektləri "Azəravtoyol" ASC-nin balansındadır. Bu qurum haqqında Azərbaycan Respublikası Prezidentinin 9 mart 2016-cı il tarixli 826 saylı Fərmanının 2-ci bəndində konkret olaraq müəyyən edilir ki, "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərir. Deməli, bu xidmətin lazımi qaydada göstərilməməsinə görə məsul subyekt də elə ASC-dir. Yerli əhəmiyyətli digər yollar isə müvafiq rayonun icra hakimiyyətinin balansındadır.

Ona görə də gölməçələrdə və ya yolların başqa problemli yerlərində ziyana düşmüş hər bir nəqliyyat vasitəsi sahibi izah etdiyimiz qanunvericiliyi rəhbər tutaraq, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Özü də yolun bərbad vəziyyətə düşməsinin günahkarı tamam başqa subyekt (məsələn, "Azərsu" ASC, hansısa yol tikən özəl təşkilat və s.) olsa da, bu xidməti göstərən "Azəravtoyol" ASC və ya müvafiq rayonun icra hakimiyyəti olduğuna görə iddialar ona qarşı yönəlməlidir. Zərəçəkən şəxs sadəcə yolun sahibini müəyyən edərək iddiasını ona qarşı yönəltməli və uyğun rayonun məhkəməsinə müraciət etməlidir. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

“Zenith Energy” Azərbaycanda gündəlik hasilatını 219 barrel artırmağı hədəfləyir

24 Avqust 2017 05:23

ABŞ-ın Minsk qrupunda yeni həmsədri bəlli oldu

24 Avqust 2017 05:14

NATO Donbasdakı atəşkəsi alqışladı

24 Avqust 2017 04:43

Cənubi Çində 9 nəfər qasırğanın qurbanı olub

24 Avqust 2017 04:22

Yevlaxda 2 otaqlı yanıb kül oldu

24 Avqust 2017 04:14

Azərbaycanlı qızın bu videosu izləmə rekordu qırır

24 Avqust 2017 04:03

Gecə saatlarında Bakıda 4 piyadanı avtomobil vurub

24 Avqust 2017 03:52

"Qarabağ"ın uğuru Tvitter-in əsas gündəmi oldu - FOTO

24 Avqust 2017 03:24

"Qarabağ"ın qələbəsi Bakı küçələrində böyük sevinc hissi ilə qeyd olunub

24 Avqust 2017 03:12

Qətər il yarım əvvəl geri çağırılmış səfirini yenidən İrana göndərir

24 Avqust 2017 02:42

Bakıda "QARABAĞ" BAYRAMI - FOTOSESSİYA

24 Avqust 2017 02:33

Bakının mərkəzində qələbə bayramı - VİDEO

24 Avqust 2017 02:29

Tərtərdə 6 otaqlı ev yandı

24 Avqust 2017 02:04

Braziliyada gəmi batıb -

24 Avqust 2017 02:04

Qurban Qurbanov: İkinci hissədə daha soyuqqanlı oynadıq. Hər şey düşündüyümüz kimi alındı

24 Avqust 2017 02:03

"Kopenhagen"inin baş məşqçisi: "Rəqib 2 imkan qazandı və lazımi qaydada yararlanaraq qol vurdu"

24 Avqust 2017 02:02

Qurban Qurbanov: "İlk dəfə məğlubiyyətə sevinirdim"

24 Avqust 2017 01:47

“Oyunun sonlarında nəfəsimiz tutulmuşdu” - Tahir Gözəl

24 Avqust 2017 01:47

Tramp: “Terrorizmlə mübarizədə ciddi irəliləyişə nail olmuşuq”

24 Avqust 2017 01:43

Qurban Qurbanov: "Bu uğuru təkcə biz yox, bütün Azərbaycan xalqı arzulayırdı"

24 Avqust 2017 01:42

"Qarabağ" və digərləri - SİYAHI

24 Avqust 2017 01:37

Ermənistanda vəkillər aksiya keçirəcək

24 Avqust 2017 01:35

"Qrabağ"dan sonrakı 4 xoşbəxt

24 Avqust 2017 01:27

"Qarabağ"ın tarixi uğuru -

24 Avqust 2017 01:25

Çempionlar Liqası - Bütün səbətlər müəyyənləşdi

24 Avqust 2017 01:19

"Qarabağ"ın tarixi qələbəsi - VİDEO

24 Avqust 2017 01:17

Bakıda yanğın baş verib

24 Avqust 2017 01:12

"Qarabağ"ın rəqibləri nə vaxt müəyyənləşəcək?

24 Avqust 2017 01:07

"Qarabağ"ın zəfər selfisi - ŞƏRHSİZ

24 Avqust 2017 01:07

Zabit Səmədov revanş görüşündə Errol Tsimmermanı məğlub edib - VİDEO

24 Avqust 2017 01:03

ÇL-nin qrup mərhələsinə yüksələn bütün komandalar müəyyənləşib

24 Avqust 2017 00:57

Bakıda dənizdə batan şəxs xilas edilib

24 Avqust 2017 00:44

Azərbaycan klubu tarixdə ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb

24 Avqust 2017 00:37

"Tarixi məğlubiyyət"

24 Avqust 2017 00:35

Dəməşq beynəlxalq koalisiyadan BMT-yə şikayət edib

24 Avqust 2017 00:22

Yaponiyada dəfn mərasimlərində rahibləri əvəz edəcək robot hazırlanıb

24 Avqust 2017 00:20

Rusiya səfiri ölü tapıldı

24 Avqust 2017 00:14

Rusiyanın Sudandakı səfiri ölü tapılıb

24 Avqust 2017 00:07

Sərnişin qatarı yük qatarı ilə toqquşdu - yaralılar var

23 Avqust 2017 23:59

Sakit mövsümdə doğulan müdrik cavan

23 Avqust 2017 23:53

Amerikalı alimlər istifadə müddəti bitmiş məhsulları müəyyən edən etiketlər hazırlayıblar

23 Avqust 2017 23:50

Mingəçevirdə ər arvadını bıçaqladı

23 Avqust 2017 23:34

Bakıda sürücülərin unutduğu yol: tıxaca düşmədən mərkəzə aparan yol - VİDEO

23 Avqust 2017 23:33

İraqın şərqində güclü zəlzələ baş verib.

23 Avqust 2017 23:33

Rusiyada landşaft yanğınları 150-dən çox tikilini məhv edib

23 Avqust 2017 23:22

"Darıxanda soyunuram" - FOTOSESSİYA

23 Avqust 2017 23:18

"Qarabağ"da şok itki

23 Avqust 2017 23:17

Ərdoğan Pentaqon rəhbərini qəbul etdi

23 Avqust 2017 23:15

Cərimə meydançasında 4 maşın qarət edilib - Vətəndaşa dəyən ziyanı kim ödəməlidir?

23 Avqust 2017 23:03

Bağdadda vacib görüş -

23 Avqust 2017 22:58