Bakı. 27 oktyabr. REPORT.AZ/ Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ötən gün ərzində inzibati xəta törədən 5575 sürücünü cərimələyib.
Bu barədə "Report"a idarədən məlumat verilib.
Qurumdan bildirilib ki, oktyabrın 26-da ölkə ərazisində inzibati məsuliyyətə cəlb olunan sürücülərdən 41-i sükan arxasına sərxoş halda əyləşdiyinə, 1 nəfər isə avtoxuliqanlıq etdiyinə görə cəzalandırılıb.
Sürət həddini aşdığına görə 2126 sürücü barəsində elektron protokol (MMX) tərtib edilib.
Ölkənin avtomobil yollarında üç yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə bir nəfər ölüb, doqquz nəfər xəsarət alıb.
Qeyd edək ki, ötən gün respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib nəticədə 2 nəfər ölüb, 5 nəfər yaralanıb.