Bakı Olimpiya Stadionunda Dünya Azərbaycanlıların Həmrəyliyi Gününə həsr olunmuş konsert təşkil olunacaq

Bakı Olimpiya Stadionunun təşkilatçılığı ilə 31 dekabr tarixində, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş bayram konserti keçiriləcək.

Konsert proqramında yerli ulduzlar Röya və Miri Yusif ilə yanaşı, türk estrada ulduzları - Hadisə, Demet Akalın, Murat Dalkılıç, Berksan, Ozan Doğulu, məşhur DJ-lər Cemre və Mahmut Orhan çıxış edəcəklər. Stadionun əsas meydançasında təşkil olunacaq konsert proqramı Yeni ilə geriyə-sayım, bayram atəşfəşanlığı və diskoteka ilə davam edəcək.

Şənliklərlə yanaşı, əsl bayram əhval-ruhiyyəsi yaratmaq məqsədilə 4 ədəd avtomobil və 10 ədəd televizor hədiyyə fondu olan lotereya təşkil olunacaq.

Gələn həftədən satışa çıxacaq biletlərin qiyməti 9 AZN-dən başlayır. Biletləri iticket.az saytı vasitəsilə və şəhərin kassalarından, o cümlədən ASAN Xidmət mərkəzlərindən əldə etmək olar. Konsert proqramının saat 20:00-da başlanması nəzərdə tutulub.

Konsertlə bağlı hər-hansı əlavə məlumatı Bakı Olimpiya Stadionun saytından və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR