Məşqçilər Komitəsi Gəncə səfərindən narazı qalıb: şərait və diqqət yoxdur

Məşqçilər Komitəsi Gəncə səfərindən narazı qalıb:   şərait və diqqət yoxdur
16:27 27 Oktyabr 2016
21 İdman
Ölkə mətbuatı
A- A+

Bu günlərdə AFFA-nın Məşqçilər Komitəsinin üzvləri Gəncəyə səfər edərək “Kəpəz” Peşəkar Futbol Klubunun aşağı yaş qrupları üzrə komandaları ilə maraqlanıb, yerindəcə şəraitlə tanış olublar. 


Fanat.Az xəbər verir ki, vaxtilə Gəncədə futbol oynamış qurumun üzvü Şakir Qəribov səfər təəssüratlarını kapazpfc.az saytı ilə bölüşüb: “Gəncəyə gəlişimizin səbəbi aşağı yaş qrupları üzrə komandalara baxmaq, məşqçilərin gördüyü işə nəzarət etmək və məşq şəraiti ilə tanış olmaq idi. Hamımız birlikdə ölkə futbolunun inkişafına çalışırıq. Buradakı məşqçilərin işləmək həvəsi çoxdur, çalışırlar amma bunun üçün uyğun şərait yoxdur. Gəncənin Azərbaycan futboluna verdiyi töhfələr məlumdur, “Kəpəz”in yetişdirdiyi futbolçular istedadı, bacarığı ilə seçilib. Biz tərəfdən nə kömək lazımdırsa, onu etməyə çalışırıq ki, Nizami yurdundan yenə yaxşı oyunçular çıxsın”. 


Təcrübəli mütəxəssis “Kəpəz”in əsas komandasının Premyer Liqadakı çıxışına da toxunub: “Komandanın çıxışını izləyirik, ilk mövsümün yekunlarına əsasən, “Kəpəz”in Avropa Liqasına vəsiqə qazanması və ilk mərhələni adlaması sevindiricidir. Dəstək daha çox olsa, kollektiv bundan da yaxşı nəticələr göstərə bilər. Məncə, diqqət olarsa, komanda “Qarabağ” və “Qəbələ” kimi uğurlu nəticələrə imza atmaq imkanı qazanar”.


Şakir Qəribov Gəncə futbolsevərlərinin “sarı-göylər”in ev oyunlarında çoxluq təşkil etməsinə də münasibət bildirib. O, azarkeşlərin “Kəpəz”i çox sevdiyini deyib: “Mən özüm futbola Gəncədə başlayıb elə burada da karyeramı başa vurmuşam. “Kəpəz”in azarkeşlərindən heç bir yerdə yoxdur. Çempionat oyunları da göstərir ki, insanlar futbolu, komandanı necə sevirlər. Hər oyuna ən azı 10 000 tamaşaçı gəlir. Bu, çempionatımız üçün rekord göstəricidir. Gəncədə həmişə futbol olub və olacaq da”. 


Qəribov indi “Kəpəz”in heyətində yerli futbol məktəbinin yetirmələrinin az olmasına da diqqət çəkib. O, tezliklə bu çatışmazlığın aradan qalxacağına ümid etdiyini söyləyib: “Mütəxəssis olaraq öz aramızda bu haqda danışmışıq. İki gün ərzində komandanın aşağı yaş qruplarında çıxış edən uşaqlara nəzər saldıq. Perspektivlilər var, onlar yetişəcəklər. Bir balaca şərait yaratmaq lazımdır. Şərait deyəndə ki, meydança, top və forma olmalıdır. Ayrı böyük bir şey tələb olunmur. Komanda iki ildir elitada oynayır, qoy bir müddət keçsin yerli futbolçuları yenidən görəcəyik. Sadəcə, zaman lazımdır. Gəncədə yetişən uşaqların milli komandalara kimi gedəcəyinə inanıram”.


Fanat.Az



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Zakir Qaralov Qaxda vətəndaşları qəbul edəcək

21 Avqust 2017 10:47

Tovuzda ağır yol qəzası

21 Avqust 2017 10:45

Yeni nazir təyinatı haqda xəbər təsdiqlənmədi

21 Avqust 2017 10:43

20 yaşlı ana və iki körpəsi yoxa çıxıb - BAKIDA

21 Avqust 2017 10:39

Bolqarıstan prezidenti: "Dayanıqlı gələcəyi qurmağın yollarını aramalıyıq"

21 Avqust 2017 10:37

TƏHLÜKƏ: "İnstaqram" hesabı olanlar mütləq oxuyun!

21 Avqust 2017 10:37

Jest dilinin avtomatlaşdırılmış tərcüməçisi çap edilib

21 Avqust 2017 10:35

Bu gün növbəti mərhələ başlayır

21 Avqust 2017 10:35

Kollec və texnikumlara qəbul olanların qeydiyyatı yekunlaşır

21 Avqust 2017 10:34

Ana 2 azyaşlı övladı ilə itkin düşdü

21 Avqust 2017 10:33

Viktor Yuşenkonun həyat yoldaşı: "Bakı Qlobal Forumu yüksək səviyyədə təşkil edilib"

21 Avqust 2017 10:32

Travmatologiya və Ortopediya İnstitutuna yeni direktor təyin edilib

21 Avqust 2017 10:32

Azərbaycanda soyuducu istehsal edən müəssisə hərraca çıxarılıb

21 Avqust 2017 10:32

BAKIDA SİLAHLI ŞƏXS: Polis hər yerdə onu axtarır

21 Avqust 2017 10:32

Robert Prosineçkinin Bakıya gəlişinin ləngimə səbəbi müəyyənləşib

21 Avqust 2017 10:27

Messi transfer olunur - ŞOK RƏQƏM

21 Avqust 2017 10:27

Rəqsanə "İnstaqram"-da maraqlı VİDEO paylaşdı və...

21 Avqust 2017 10:25

Nazpəri Dostəliyevanın evindən pul dolu seyf oğurlandı

21 Avqust 2017 10:23

Aydın Əliyev Göyçayda qəbul keçirəcək

21 Avqust 2017 10:23

Tovuzda gömrük əməkdaşları qəzaya düşüb, ölən və yaralanan var

21 Avqust 2017 10:22

Aygün Kazımovanın çılpaq oğlanla FOTOSU yayıldı

21 Avqust 2017 10:19

Məşhur aktyor gecə yarı keçmiş sevgilisi ilə bu vəziyyətdə görüntüləndi - FOTO

21 Avqust 2017 10:18

İlk dəfə nəhəng asteroid Yer kürəsinə ən yaxın məsafədən keçəcək

21 Avqust 2017 10:17

ABB-yə borc müqabilində girov qoyulmuş müəssisələrdən biri satılıb

21 Avqust 2017 10:17

Latviyanın keçmiş prezidenti: "Bakıda keçirilən Qlobal Forum gənc liderlər üçün faydalı platformadır"

21 Avqust 2017 10:17

Azərbaycanda külək elektrik stansiyalarında istehsal 20% azalıb

21 Avqust 2017 10:17

Bakı-Sumqayıt qatarlarının hərəkətində yenidən

21 Avqust 2017 10:15

Adnan Oktardan təcavüzə uğrayan qadınlara DƏSTƏK

21 Avqust 2017 10:13

Azərbaycan dövləti Gürcüstan vətəndaşını beynəlxalq axtarışa verib

21 Avqust 2017 10:12

Erməni diasporu öz klubundan bilet istəməz, bizimkilər isə…

21 Avqust 2017 10:07

Abituriyentlər DİQQƏT: Qeydiyyat başa çatır

21 Avqust 2017 10:07

Tarixdə BU GÜN

21 Avqust 2017 10:03

Bu gün kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı başa çatır

21 Avqust 2017 10:02

Azərbaycan Ukraynadan 26 mln. dollarlıq siqaret alıb

21 Avqust 2017 10:02

BU GÜN DİQQƏTLİ OLUN: Gözünüz göydə olsun

21 Avqust 2017 09:59

Göyçay sakini baldızının nişanlısını qətlə yetirib

21 Avqust 2017 09:57

Azərbaycan güləşçiləri dünya çempionatında mübarizəyə başlayır

21 Avqust 2017 09:57

Melburn şəhərinin bir hissəsi terror təhlükəsi səbəbindən mühasirəyə alınıb

21 Avqust 2017 09:57

Nazirlik İmişlidə yulğun kollarını məhv edən şəxsi 2 min manat cərimələyib

21 Avqust 2017 09:57

ABŞ-a məxsus hərbi gəmi neft tankeri ilə toqquşdu: 10 ölü, 5 yaralı

21 Avqust 2017 09:53

Bakıda qız qoca anasının başına stəkanla vurub

21 Avqust 2017 09:52

Neslihan Atagül gözəlliyi ilə gəlini KÖLGƏDƏ QOYDU - FOTO

21 Avqust 2017 09:48

Birjalarda neft ucuzlaşdı

21 Avqust 2017 09:46

Bakıda 19 yaşlı qızı avtomobil vurub

21 Avqust 2017 09:42

Qurban Qurbanov "Qarabağ"la 400-ü gördü

21 Avqust 2017 09:39

Bu gündən müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti mərhələsi başlayır

21 Avqust 2017 09:37

"Erotik "WhatsApp" yazışması", "Qızını zorladı", "Zaur öldü"

21 Avqust 2017 09:36

VİDEO: Bəylə gəlindən qonaqları heyrətləndirən rəqs

21 Avqust 2017 09:35

Ermənilər atəşkəsi ötən gecə də pozub

21 Avqust 2017 09:34

Ermənilər kəndlərimizi atəşə tutdu

21 Avqust 2017 09:33