Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İŞİD 248 nəfəri edam etdi

İŞİD 248 nəfəri edam etdi

Date: 27 October 2016 16:27

İŞİD İraqın Mosul şəhərinin yaxınlığında 65 nəfəri edam edib.

MilliAz Al Jazeera-ya istinadən bildirir ki, bunu kürd siyasətçi Xoşyar Zebari deyib.

"Kütləvi edam üç gün əvvəl olub. Edam edilənlərin əksəriyyəti polis əməkdaşları və hərbçilərdir. Onlar Mosulun həndəvərindəki kəndlərlə qəsəbələrdə yaşayırdılar", - H.Zebari deyib.

İŞİD terrorçuları bu insanları ailə üzvləri ilə birlikdə girov götürüblər. Daha sonra həmin şəxslər Mosul yaxınlığındakı Hamam əl Əlil kəndinə aparılaraq edam olunublar.

CNN İraq kəşfiyyatındakı mənbəyə istinadən bildirir ki, İŞİD son günlərdə Mosulda 248 nəfəri edam edib.

Milli.Az


Tags:  İŞİD 248 nəfəri edam etdi

RƏYLƏR


Top news