Şok kadrlar: ana 8 yaşlı qızını küçədə zəncirlədi - FOTO

Şok kadrlar: ana 8 yaşlı qızını küçədə zəncirlədi - FOTO
16:42 27 Oktyabr 2016
211 Maraqlı
Ölkə mətbuatı
A- A+

Qızını cəzalandırmaq fikrinə düşən ana onu küçədəki işıq dirəyinə zəncirləyib. Səbəb qızın ötən gün məktəbə getmək əvəzinə rəfiqələri ilə parkda oynaması olub.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, olay Malayziyanın paytaxtı Kuala-Lumpurda yaşanıb.

Şəhər küçələrindən birindəki fənər dirəyinin yanında duran, sağ ayağının topuğundan ayaqlarından dirəyə zəncirlənən məktəbli qızı görənlər polis çağırıblar.

Pərişan qız sakitcə durmuşdu.

Onun yanında plastik su qabı və məktəb çantası vardı.

8 yaşlı qızı azad edən polis onun anasını gözləməyə başlayıb.

Təxminən 20 dəqiqə sonra hadisə yerinə gələn qadının dediyinə görə, qadın "qızım dərsə getmədiyi üçün onun cəzalandırmaq qərarına gəldim" söyləyib.

Polis komissarının müavini Məhəmməd Əzlin Sədarinin dediyinə görə, anaya sərt xəbərdarlıq ediləndən sonra qadınla qızı buraxılıb.

"Lakin bu, həmin ananı məsuliyyətdən azad etmir. Hadisə araşdırılır və çox yəqin ki, qadın inzibati məsuliyyətə cəlb olunacaq", - Sədari söyləyib.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/483763.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR