Prosineçki Türkiyəyə gedir

Prosineçki Türkiyəyə gedir
17:56 5 Yanvar 2015
231 İdman
Ölkə mətbuatı
A- A+

Millinin məşqçilər korpusu Antalyaya gedəcək.

ANS PRESS-in AFFA-ya istinadla verdiyi məlumata görə, Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki köməkçiləri ilə birlikdə yanvarın 9-dan 24-dək Türkiyənin Antalya şəhərində hazırlıq keçən klublarımızın məşqlərini və yoxlama oyunlarını izləyəcək.

Qeyd edək ki, Azərbaycan klubları Premyerliqanın qış fasiləsində Türkiyədə hazırlıqlara başlayıb. Liqanın lideri "Qarabağ" yanvar ayının 10-dan etibarən Antalyada təlim-məşq toplantılarına başlayacaq.

Premyerliqanın klublarından "İnter", "Xəzər Lənkəran" və "Neftçi" də Türkiyəyə yollanacaqlar arasındadır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=317844

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR