Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qəbələ"nin qonağı olacaq Fransanın "Sent-Etyen" klubunun Bakıya gələcəyi vaxt müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Fransa təmsilçisini ölkəmizə gətirən təyyarə noyabrın 2-də saat 15:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edəcək.
Qonaq komanda "Hilton" otelində məskunlaşacaq.
Qeyd edək ki, noyabrın 3-də "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Sent-Etyen" oyunu saat 22:00-da başlayacaq.
Fanat.Az