Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

MTN polkovnikinin intihar etdiyi sübuta yetirildi

MTN polkovnikinin intihar etdiyi sübuta yetirildi

MTN polkovnikinin intiharı ilə bağlı başlanmış cinayət işinə XİTAM VERİLDİ (28 Mart 2017 17:37)
MTN polkovnikinin intiharı ilə bağlı başlanmış cinayət işinə XİTAM VERİLDİ (28 Mart 2017 17:19)

Tarix: 27 Oktyabr 2016 16:57

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyevin təcridxanada intihar etməsi ilə bağlı başlanılan cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Milli.Az APA-ya istinadən bildirir ki, cinayət işi üzrə aparılan araşdırmalar zamanı onun intihar etdiyi sübuta yetirilib. İ.Əliyevin meyitinə ailə üzvlərinin iştirakı ilə keçirilən baxış zamanı üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.
 
Qeyd edək ki, MTN-in Energetika və Nəqliyyat Sahələrinə Nəzarət İdarəsinin hazırda həbsdə olan rəisi Akif Çovdarovun vəkili Kamandar Nəsibov bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında bildirib ki, A.Çovdarov İ.Əliyevin döyülərək öldürüldüyünü iddia edir.
 
Onu da qeyd edək ki, İ.Əliyev MTN ətrafında baş verən hadisələrlə əlaqədar həbs olunub. O, ötən il dekabrın 20-də saxlanıldığı Bakı İstintaq təcridxanasında özünü asaraq intihar edib.

Milli.Az


Teqlər:  MTN polkovnikinin intihar etdiyi sübuta yetirildi



RƏYLƏR


Top xəbərlər