İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycanı Dehlidəki toplantıda təmsil edəcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycanı Dehlidəki toplantıda təmsil edəcək
17:07 27 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 27 oktyabr. REPORT.AZ/ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Asiya Beyin Mərkəzlərinin IV Forumunda çıxış etmək üçün Hindistanın paytaxtı Dehli şəhərinə səfərə gedib. 
"Report"un Mərkəzə istinadən verdiyi xəbərə görə, V.Qasımlı Forumda Asiyada iqtisadi inkişaf trendləri, o cümlədən Azərbaycanda aparılan iqtisadi islahatlar və Milli iqtisadiyyatın strateji Yol Xəritəsi barədə məruzə edəcək. Eyni zamanda, İİTKM-in icraçı direktoru Asiyanın lider beyin mərkəzlərinin rəhbərləri ilə ikitərəfli əməkdaşlığı inkişaf etdimək üçün müzakirələr aparacaq.
İİTKM-in icraçı direktoru ilə bərabər Foruma Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Pakistan və başqa ölkələrin əsas beyin mərkəzlərinin rəhbərləri, həmçinin Hindistanın maliyyə naziri qoşulacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/i-qtisadi-i-slahatlarin-tehlili-ve-kommunikasiya-merkezi-azerbaycani-dehlideki-toplantida-temsil-edece

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR