Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ən çox ət yeyən türkiyəli MƏŞHURLAR - FOTOLAR

Ən çox ət yeyən türkiyəli MƏŞHURLAR - FOTOLAR

Date: 27 October 2016 17:18

25 ildən çoxdur Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi aşpazı, “dünyanın ən cəld qəssabı” adına layiq görülən Cüneyt Asan Bakıya gəlib.

Publika.az xəbər verir ki, türkiyəli məşhurlardan çoxunun üz tutduğu məşhur restoranlar şəbəkəsinin sahibi olan C.Asan maraqlı açıqlamalar verib. Qəssab-aşpaz türkiyəli məşhurların yemək zövqündən danışıb.

Bülent Ersoy, Kıvanç Tatlıtuğ, Demet Akalın, Murat Boz, Kənan İmirzalıoğlu, Şener Şen kimi Türkiyənin çox məşhur insanlarına xidmət etdiklərini deyən C.Asan onların arasında daha çox Bülent Ersoyun fərqləndiyini deyir: “Bülent Ersoyun Türk musiqisində də öz yeri var. Yeməkdə də özünəməxsus yemək tərzi və zövqü var. Bizə gəlməzdən əvvəl mütləq zəng edir və nə istədiyini deyir. Onun menyusunu onun damaq dadına və zövqünə uyğun hazırlayırıq. Bülent Ersoy yemək yeməyi çox sevir, yemək yedikdə özünü xoşbəxt hiss edir, enerjisi yüksəlir, qəhqəhə çəkir, onun üçün yemək bir xoşbəxtlikdir”.

Aşpaz B.Ersoyun daim fərqli menyular, fərqli yeməklər istədiyini əlavə edir. Hər dəfə ona məxsus menyu hazırlanır. C.Asan müğənninin daha çox dana ətindən hazırlanan bonlfle və antrikot sevdiyini əlavə edir: “Ətin ən ləzzətli yeri yağlı hissəsidir, o da bunu bəyənir. Çünki ət öz yağı ilə bişdiyi üçün çox ləzzətli olur, o da bunu çox yaxşı bilir. Məsələn, antrikot yemək istəyirsə mütləq onu yeyəcək, başqa heç nəyi qəbul etməz. Çünki ağlında, beynində, qəlbində odur. İstədiyi yeməyi yemədikdə özünü xoşbəxt hiss etmir. Belə bir xüsusiyyəti var”.

O bildirib ki, müştəriləri arasında insanlığı, tərbiyəsi, hər kəslə gözəl ünsiyyət qurması ilə fərqlənən müğənni Murat Boz onun personalın ən sevimlisidir: “Ona görə də hər zaman onun üçün ən yaxşısını hazırlayıb təqdim edirlər. O da əti çox sevir. Sənətçilərin çoxu idmanla məşğul olduqları üçün daha çox ət yeyirlər. İdman və ət onlar üçün çox önəmlidir. Əzələlərin inkişafı, enerjli, güclü olması üçün ət mütləqdir. Bilirsiniz ki, sənətçilər uzun müddət səhnədə dururlar, ona görə də idman və ətə ehtiyacları olduğu üçün onlardan vaz keçə bilmirlər. Ət yeməsələr hazır qidalardan ətdə olan vitaminləri almalıdırlar. Ət də təbii qida olduğu üçün onu yeyirlər”.

Daha çox ət yeməkləri sevənlərdən biri də müğənni Demet Akalındır. C.Asan onun daha çox kababları, əsasən də lülə kababını sevdiyini açıqlayıb. Aşpaz məşhur müştərilərinin onlara kapriz etmədiyini də bildirib: “Demet Akalına yaxşı, təmiz, düzgün, gözəl bişmiş yemək təqdim etdikdə heç vaxt problem yaratmaz. Ümumiyyətlə isə, məşhurlar bizə heç kapriz də etmirlər. Çünki bir-birimizin nə istədiyimizi bilirik. Çünki bizə inanırlar”.

C.Asan məşhurların bəxşiş vermə mövzusuna da toxunub. Onların arasında yenə də B.Ersoy fərqlənir: “ Personala qarşı hamısı əliaçıqdır. Amma Bülent Ersoyun gündürsə, əgər özünü xoşbəxt hiss edirsə, sadəcə personaldakı insanlara çox bəxşiş vermir, həm də restorandan çıxdıqdan sonra qarşısına çıxan hər kəsə pul verir”.

Cəvahir





Tags:  çox ət yeyən türkiyəli MƏŞHURLAR FOTOLAR

RƏYLƏR


Top news