Bu uşaq böyüyəcək və vətəndaş müharibəsinə, eləcə də yüz
minlərlə insanın ölümünə səbəb olacaq.
Publika.az xəbər verir ki, Suriya prezidenti Bəşər Əsədin
uşaqlıq fotosu yayılıb.
Fotodan da göründüyü kimi, Bəşər Əsəd o zaman 4-5 yaşında olub.
B.Əsəd 1965-ci ildə Dəməşqdə anadan olub. Orta məktəbi bitirdikdən
sonra orduda qulluq edib. Daha sonra təhsilini Londonda alıb.
İxtisası göz həkimliyidir.
Əsəd 2000-ci ildə atası Hafiz Əsədin ölümündən sonra Suriya
prezidenti olub. 2011-ci ildə başlanan “ərəb baharı”ndan sonra onun
istefasını tələb edən müxalifətə silahlı hücum edib. 2011-ci ilin
mart ayında onun postundan getmək istəməməsi ilə başlanan vətəndaş
müharibəsi indiyə qədər davam edir və bütün dünya siyasətinə təsir
edən böhrana çevrilib.
Bir sıra ekspertlər Suriya böhranının qlobal güclərin oyunu
olduğunu deyirlər. Siyasi proseslərinin analizi də bunu təsdiq
edir. Lakin bütün bunlar Əsədin yüz minlərlə işanın ölümünə bais
olması gerçəyini dəyişmir. Hətta bu ölümlərin arxasında ABŞ,
Rusiya, yaxud digər güclər dayansa da, bu gün Suriya böhranı və
orada baş verən faciələr deyəndə göz önünə Əsəd gəlir.
Beş ildir davam edən Suriya müharibəsi nəticəsində 500 minə yaxın
insan həlak olub. Onların yarıdan çoxu mülki vətəndaşlardır.
Bununla yanaşı, 2 milyona yaxın insan yaralanıb, 13,8 milyon insan
əmək qabiliyyətini itirib. 10 milyona yaxın insan qaçqın vəziyyətə
düşüb.
Hazırda müharibə davam edir və bu statistikanın artacağı
gözləniləndir.
Asif