CNN: "Heydər Əliyev Mərkəzi Britaniya Memarları Kral İnstitutunun beynəlxalq mükafatına namizəddir"

CNN: "Heydər Əliyev Mərkəzi Britaniya Memarları Kral İnstitutunun beynəlxalq mükafatına namizəddir"
17:27 27 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakıdakı Heydər Əliyev Mərkəzinin binası Britaniya Memarları Kral İnstitutunun (Royal Institute of British Architects - RIBA) beynəlxalq mükafatına 6 namizəddən biri oldu.

Milli.Az bildirir ki, bu barədə Trend CNN telekanalının saytına istinadən məlumat verir.

Üslub baxımından bir-birindən fərqlənən 6 binadan ibarət siyahı RIBA-nın beynəlxalq mükafatının finalçıları elan olunub.

Siyahıya Azor adalarındakı (Portuqaliya) İncəsənət Mərkəzi, Meksikada muzey, Norveçdə Mülki Mərkəz, Peruda universitet və Fransada Birinci Dünya müharibəsi memorialı da var.

Bu 6 layihə 5 qitədə 30 memarlıq layihəsi arasından beynəlxalq mükafata namizəd kimi seçilib.

2016-cı ilin dekabrında mükafatın qalibi açıqlanacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/483797.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR