Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Pakistan Hindistandakı diplomatına qarşı casusluqla bağlı ittihamları rədd edib

Pakistan Hindistandakı diplomatına qarşı casusluqla bağlı ittihamları rədd edib

Date: 27 October 2016 17:32

Bakı. 27 oktyabr. REPORT.AZ/ Rəsmi İslamabad Nyu Dehlidəki Pakistan səfirliyinin əməkdaşına qarşı casusluqla bağlı ittihamları rədd edib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Hindistan tərəfindən irəli sürülən iddiaları rədd edirik və onların bu hərəkətinə görə təəssüflənirik. Çünki onların bu hərəkəti Vyana Konvensiyasının, eləcə də diplomatik davranış normalarının pozulmasıdır. Pakistan səfirliyi hər zaman beynəlxalq hüquq və diplomatik normalar çərçivəsində işləyir" - Pakistan XİN-in bəyanatında bildirilib.
Pakistan XİN həmçinin diplomatik missiyanın əməkdaşının saxlanılması və onunla kobud rəftarı da pisləyib.
Xatırladaq ki, bundan əvvəl Hindistan Xarici İşlər Nazirliyi Nyu Dehlidəki Pakistan səfirliyinin casusluqda ittiham edilərək saxlanılan əməkdaşı Mahmud Axtarı persona non qrata elan edib. Ona ölkəni tərk etmək üçün iki gün vaxt verilib.

Tags:  Pakistan Hindistandakı diplomatına qarşı casusluqla bağlı ittihamları rədd edib


RƏYLƏR


Top news