Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gürcüstanın daha iki kanalı “Azerspace-1” peykində yayıma başladı

Gürcüstanın daha iki kanalı “Azerspace-1” peykində yayıma başladı

Date: 27 October 2016 17:35

Cənubi Qafqazın yeganə peyk operatoru olan "Azərkosmos" ASC Gürcüstanın daha iki kanalı – "Palitra" TV və "Trialeti" TV kanallarının kommersiya yayımına dair müqavilə imzalayıb. Müqaviləyə əsasən, kanal 2016-cı ilin oktyabr ayından etibarən "Azerspace-1" peyki üzərindən 11095/H/27500  tezliyi ilə yayımlanır. Adıçəkilən kanallar vasitəsilə gürcü dilində ictimai, siyasi, iqtisadi, idman, musiqi, yumor və mədəniyyət verilişləri nümayiş olunur.

Peyk operatoru, həmçinin, Türkiyənin "Damar" FM radio kanalı ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, musiqi və informasiya proqramlarının səsləndirildiyi  radio kanalı "Azerspace-1" peyki üzərindən 2016-cı ilin oktyabr ayından etibarən 11027/H/7500 tezliyi ilə yayımlanmaqdadır.



Tags:  Gürcüstanın iki kanalı Azerspace-1 peykində yayıma başladı



RƏYLƏR


Top news