"Azarkeşlərimizdən səbrli olmağı xahiş edirəm"

"Azarkeşlərimizdən səbrli olmağı xahiş edirəm"
17:37 27 Oktyabr 2016
35 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az "Neftçi" PFK-nın icraçı direktoru Orxan Hüseynzadənin müsahibəsini təqdim edir.

- Klubdakı son yerdəyişmə çoxlarını maraqlandırır. Siz icraçı direktor vəzifəsinə təyin olundunuz, Elnur Eyvazov isə müavininiz oldu. Bunun səbəbi nədir?

- Bu dəyişiklər klubdakı iş fəaliyyətinin səmərəliliyini artırmağa hesablanıb. Mənimlə maliyyə məsələləri üzrə müavin Elnur Eyvazov arasında vəzifə borcumuz dəqiq müəyyənləşdirilib. O, bizim maliyyə məsələlərini qaydasına salır, marketinqin işinə, təchizat şöbəsinə cavabdehlik daşıyır, təhlükəsizlik xidmətinə nəzarət edir. İdmanın - əsas və əvəzedici komandaların, akademiyanın, seleksiya xidmətinin, beynəlxalq departamentin "yük"ü isə mənim üzərimə düşür.

- Vacib suallardan biri də baş məşqçi ilə bağlıdır. Qış fasiləsinin yekun nəticəsinə görə Elxan Abdullayev komandada qalacaq?

- Əvvəla bildirim ki, klub hazırda Elxan Abdullayevin, eyni zamanda həm "Neftçi"nin baş məşqçisi, həm də milli komandanın məşqçisi vəzifəsini yerinə yetirməsinə etiraz etmir. Sevindiricidir ki, millinin son uğurlarında baş məşqçimizin böyük rolu var və ümid edirik, o, yığma komandada olan müsbət abu-havanı "Neftçi"yə də daşıya biləcək. Biz onu seçim qarşısında qoymuruq. Bundan əlavə, "Neftçi"nin klub komandalarının baş inzibatçısı milli komandada da həmin vəzifəni yerinə yetirən İslam Abbasovdur.

- Katalin Tiranın iştirak etdiyi son hadisə ilə bağlı nə deyə bilərsiniz?

- Klub artıq Tira ilə bağlı qərar verib. O, əvvəlcə komandanın məşqlərindən kənarlaşdırılıb. Yekun qərar isə yaxın günlərdə qəbul ediləcək, çünki bu proses vaxt tələb edir.

- Azarkeşlər Tiranın hərəkətlərinə etirazlarını bildirirlər.

- Mən onları gözəl anlayıram. Heç bir futbolçunun azarkeşi vurmağa haqqı yoxdur. Eyni zamanda, azarkeşlərə müraciət etmək istəyirəm. Burada olduğum qısa müddət ərzində onların "Neftçi"ni necə çox sevdiyini, klubun onlar üçün necə əziz olduğunu anladım. Azarkeşlər bu barədə bizimlə çox danışıblar. Amma indi komanda çətin günlərini yaşayır, nəticələr də bundan xəbər verir. Bununla belə, biz xüsusilə son oyunlarda futbolçuları istək və cəhd çatışmazlığına görə qınaya bilmərik. Əgər azarkeş komandanın göstərdiyi nəticədən narazıdırsa, o, 70-ci dəqiqədən başlayaraq hamını istefaya səsləmək əvəzinə, etirazını oyundan sonra da bildirə bilər. Bu, futbolçuların oyuna köklənməsinə pis təsir edir. Azarkeşlərimizdən səbrli olmağı və komandanın böhrandan çıxmasına kömək etməyi xahiş edirəm.

- Bu mövsüm əsas komandanın qarşısına hansısa məqsəd qoyulub?

- Hər şeyə real baxmaq lazımdır. İndi hansısa yüksək məqsədlərdən danışmaq çətindir. Belə deyək: bizə qış fasiləsinədək mümkün qədər çox xal toplamaq, ilk "dördlük"də qərarlaşmış komanlarla xal fərqini azaltmaq, Azərbaycan Kubokunda iki mərhələ adlamaq, bundan sonra tam halda təlim-məşq toplanışı keçmək və mümkün qədər güclənmək lazımdır.

- Eyni zamanda, əvəzedici və yeniyetmələrdən ibarət komandalar nəticələri ilə sevindirir.

- Bəli, yeniyetmə komandalarımızın çoxu öz liqalarında liderdir. Akademiyanın işindən çox razıyam. U-19 komandamıza böyük ümidlər bəsləyirik, Çempionlar Liqasının analoqu olan UEFA Gənclər Liqasına vəsiqə qazanmağı arzulayırıq. Bu bizim gələk uğurlarımızın zamini və bünövrəsidir.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

XİN rəhbəri: "Azərbaycan-Türkiyə-Rusiya formatı çərçivəsində əməkdaşlıq regionda sabitliyi möhkəmləndirəcək"

23 Aprel 2017 21:57

Bakıda faciəvi hadisə

23 Aprel 2017 21:54

"Klon" serialının "Lətifə"si indi nə işlə məşğuldur? - FOTO

23 Aprel 2017 21:52

İşə açıq geyimdə gedin

23 Aprel 2017 21:51

3 otaqlı ev yanıb

23 Aprel 2017 21:42

"Tottenhem" "Çelsi"nin antirekordunu yenilədi

23 Aprel 2017 21:37

Məşhur model hələ də körpəsini gizlədir - FOTO

23 Aprel 2017 21:32

Antisemitizm azalır

23 Aprel 2017 21:30

Yevlaxda ev əşyaları ilə birgə yandı

23 Aprel 2017 21:29

Avro-2017: təmsilçimiz qeyri-etik jest edib, yığmamıza məğlubiyyət verilib

23 Aprel 2017 21:13

Ən ağıllı heyvanların adları açıqlandı

23 Aprel 2017 21:08

Özcan Denizle yaşadığı eşq və qalmaqalla gündəmə gələn aktrisadan xəbər var - FOTO

23 Aprel 2017 20:57

Qırğızıstanda torpaq sürüşməsi olub, ölənlər var

23 Aprel 2017 20:52

"Qarabağ" "Sumqayıt"ın Avropa yolunu kəsdi - FOTOLAR

23 Aprel 2017 20:47

Atası atdı, anası övladlığa verdi, 8 yaşında narkotikə qurşandı - VİDEO

23 Aprel 2017 20:44

ATƏT-in avtomobili minaya düşdü

23 Aprel 2017 20:43

Fransa ilə bağlı əsaslandırılmamış məlumatlar yayılıb

23 Aprel 2017 20:42

On bir milyon fransız seçici səs verə bilməyəcək - "demokratik anomaliya"

23 Aprel 2017 20:37

"Toyota" markalı avtomobil yandı

23 Aprel 2017 20:34

Anar Məmmədxanovun ölümündən 6 il ötür - FOTO

23 Aprel 2017 20:32

"Neftçi"nin Avropaya vəsiqəni itirdiyi oyun - VİDEO

23 Aprel 2017 20:27

"Qarabağ" medallara və kuboka qovuşdu - FOTO/VİDEO

23 Aprel 2017 20:27

Ən yaxın dostuna aşiq olanlara

23 Aprel 2017 20:21

Ramil Şeydayev "fərqləndi", komandası çempion oldu

23 Aprel 2017 20:17

İsrail polisi Təl-Əvivdə hücumu terror aktı adlandırıb

23 Aprel 2017 20:17

Avro-2017: Millimizə texnki məğlubiyyət verildi

23 Aprel 2017 20:14

Məşhur serialın yeni mövsümündə sürprizlər olacaq - VİDEO

23 Aprel 2017 20:12

Azərbaycanda edam edilən sonuncu 8 məhkum

23 Aprel 2017 20:08

“Bu hal istənilən məşqçinin başına gələ bilər” - Ayxan Abbasov

23 Aprel 2017 20:07

Çempionluq həll olunsa da...” - Qurban Qurbanov

23 Aprel 2017 20:07

“Alınmasa da, məyus deyilik” - Samir Abasov

23 Aprel 2017 20:07

ABŞ-da meşə yanğınları ilə əlaqədar 8800 ev boşaldılıb

23 Aprel 2017 20:05

Burak və Fahriye söz-söhbətə son qoydular - FOTO

23 Aprel 2017 19:57

Cüdo millimiz Avropada rusvay oldu - ŞOK SƏBƏB

23 Aprel 2017 19:57

Futbolçu ölümdən döndü

23 Aprel 2017 19:52

Əhmədinejad seçkilərdə heç kimi dəstəkləməyəcəyini açıqladı

23 Aprel 2017 19:49

Qurban Qurbanov mükafatlandırmaya qatılmadı - FOTO

23 Aprel 2017 19:47

İranda narkotik vasitələrdən istifadə nəticəsində ölənlərin sayı artıb

23 Aprel 2017 19:47

Pilləkəndən yıxılan kişi öldü

23 Aprel 2017 19:43

Ebru çılpaq fotosu ilə dünya gündəminə düşdü

23 Aprel 2017 19:42

Fransada prezident seçkilərində 70% seçici iştirak edib

23 Aprel 2017 19:42

Bakıda liftdə qalan şəxs

23 Aprel 2017 19:39

Azərbaycanda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var

23 Aprel 2017 19:37

Abdullayev biabırçı səhvdən danışdı, yenə nala-mıxa vurdu

23 Aprel 2017 19:37

Fələstinli Təl-Əvivdə bıçaqla 3 nəfəri yaraladı

23 Aprel 2017 19:33

Hitlerin oğlu ortaya çıxdı

23 Aprel 2017 19:33

“Zirə” ilə oyuna əvəzedici heyətlə çıxacağıq” - Tərlan Əhmədov

23 Aprel 2017 19:27

"Avroliqaya kiminsə yerinə getməyi istəməzdik" - Şahin Diniyev

23 Aprel 2017 19:27

Tramp ilk 100 gündə ən aşağı reytinqə malik olub

23 Aprel 2017 19:27

“Qarabağ” Azərbaycanın bayrağı kimidi" - Abdulbari Gözəl

23 Aprel 2017 19:27