Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prosineçki FIFA-nın saytına danışdı

Prosineçki FIFA-nın saytına danışdı

Date: 27 October 2016 17:47

“Heç kim Azərbaycan yığmasından bu cür çıxış gözləmirdi. Amma biz özümüzə inanırdıq”. Fanat.Az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

 

FİFA-nın rəsmi saytına açıqlama verən xorvatiyalı çalışdırıcı millimizin DÇ-2018-in seçmə mərhələsindəki uğurlu çıxışından bəhs edib.

 

Yığmanın futbolçuları barədə müsbət fikirlər səsləndirən Prosineçki yaxşı oyun göstərməyə çalışdıqlarını deyib: “Bir çox oyunçuları dəyişdik. Əsas odu ki, futbolçularımız özlərinə və görülən işə inanırlar. Hər gün yeni uğura imza atırıq. Mənim oyunçularım möhkəmdilər. Onlar hər top uğrunda mübarizə aparırlar. Mən və köməkçilərim istəyirik ki, Azərbaycan yığması təkcə müdafiə olunmasın, həm də oyun göstərsin. Biz çox çalışdıq, futbolçuları öz gücləri və imkanlarına inandıra bildik. Artıq onlar hər kəsi təəccübləndirə biləcəklərinə inanırlar”.

 

Prosineçki söhbət əsnasında qrupdakı rəqiblərimizdən olan Almaniya yığması haqda da danışıb. O, DÇ-1998-də Xorvatiya millisinin heyətində Bundestimə qalib gəldikləri oyunu xatırladıb: “Almaniyanın heç bir zəif nöqtəsi yoxdu. Onlar həmişə iştirak etdikləri turnirlərdə favorit sayılıblar. Odu ki, Almaniya ilə matçda favorit hesab edilmək mümkünsüzdü. Dünya çempionatının ¼ finalında almanlarla qarşılaşırsansa, deməli, keçilməz missiya ilə üzləşmisən. Almaniya ilə oyunda heç kim favorit ola bilmir. Bu, hansısa kiçik klubun “Real” və “Barselona”nı məğlub etməsinə bənzəyirdi. Amma biz bunu bacarmışdıq”. (apasport.az)




Tags:  Prosineçki FIFA-nın saytına danışdı

RƏYLƏR


Top news