FİFA Azərbaycanda idmanın inkişafı ilə bağlı məqalə dərc edib

FİFA Azərbaycanda idmanın inkişafı ilə bağlı məqalə dərc edib
17:52 27 Oktyabr 2016
34 İdman
Ölkə mətbuatı
A- A+

Bakı 27 oktyabr. REPORT.AZ/ FİFA son zamanlarda Azərbaycanda idmanın inkişafı ilə bağlı məqalə dərc edib. 
"Report"un ali futbol qurumunun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Fast-improving Azerbaijan making all the right moves" ("Sürətli inkişaf edən Azərbaycan doğru addımlar atır) başlıqlı məqalədə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qazanılan medallardan, boksun, güləşin, cüdonun, şahmatın və digər idman növlərinin inkişafından söz açılıb.
Azərbaycan idmançılarının "Rio-2016"da 18 medalın qazanıldığı, bu göstəricinin "London-2012"dən daha yaxşı olduğu vurğulanıb.
Yazıda digər idman növləri ilə yanaşı, futbol üzrə Azərbaycan millisinin 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki uğurlu çıxışı da yer alıb. Baş məşqçi Robert Prosineçkinin rəhbərlik etdiyi komandanın 3 oyunda məğlub olmaması (San Marino - 1:0, Norveç - 1:0, Çexiya - 0:0) və yığmanın qapısına qol vurulmaması xüsusilə qeyd olunub.
Məqalədə xorvatiyalı baş məşqçinin bir neçə gün öncə "goal.com"a verdiyi müsahibədəki fikirləri də yer alıb. 47 yaşlı mütəxəssis Azərbaycanda heç kimin bu nəticələri gözləmədiyini, Norveç üzərində qələbə və Çexiya ilə səfər heç-heçəsindən sonra futbola olan marağın artması ilə bağlı fikirlər səsləndirib.
Əvvəllər şahmat oynamağı sevən azərbaycanlıların Prosineçkinin rəhbərliyi altında yaxşı nəticə göstərməyi qarşılarına məqsəd qoyduqları da vurğulanıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/fi-fa-azerbaycanda-idmanin-inkisafi-ile-bagli-meqale-derc-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR