Avropadakı siyasi risklər dolları möhkəmləndirəcək

Avropadakı siyasi risklər dolları möhkəmləndirəcək
17:52 27 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 27 oktyabr. REPORT.AZ/ İtaliyada dekabrın 4-də keçiriləcək Konstitusiya islahatları üzrə referendum və "Brexit" danışıqları müsbət nəticələnməsə, avronun dollarla müqayisədə zəifləməsi gözlənilir. "Report"un "Vesti.ru" saytına istinadən verdiyi xəbərə görə, Avropa regionu 2017-ci ildə seçki dövrünə daxil olur. Seçkil ili isə yüksək işsizlik, gəlirlərdə artımın olmaması və Avropa İttifaqında (Aİ) inteqrasiya problemləri fonunda baş verəcək. Əgər İtaliyadakı referendum uğursuz nəticələnərsə, o zaman gələn il ölkədə seçkilər keçiriləcək. Bununla yanaşı, 2017-ci ildə Hollandiya, Fransa və Almaniyada da seçkilər keçiriləcək. Bu da öz növbəsində siyasi risklər yaradaraq avroya təzyiqləri artıracaq. Belə olduğu halda, dollar indeksinin 1,00-1,05 səviyyəsinə çatması gözlənilir.
Lakin bundan öncə ABŞ-da prezident seçkiləri və Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsi ilə iclası keçiriləcək. Analitiklər hər iki hadisənin artıq maliyyə bazarları tərəfindən qiymətləndirdiyini bildirirlər.
Xatırladaq ki, dollar indeksi son iki ildə dar diapazonda (0,94-1,00) hərəkət edir. Dollar indeksi 6 əsas valyutadan ibarət səbətə qarşı dolların məzənnəsini əks etdirir. Dollar indeksinin 1,00 səviyyəsini ötməsi üçün isə önəmli katalizator - əhəmiyyətli xəbərin olması zəruridir. 2015-ci ildə 1,00 səviyyəsini iki dəfə test edən dollar indeksi bu səviyyəni keçə bilməyib. Hazırda dollar indeksi 0,9853 səviyyəsindədir.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/avropadaki-siyasi-riskler-dollari-mohkemlendirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR