Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məşhurları heç belə görməmisiniz - FOTO

Məşhurları heç belə görməmisiniz - FOTO

Date: 27 October 2016 18:05

Sənət aləminin tanınmış simalarının sosial şəbəkədə yayılan fərqli imicdə olan fotoları diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, onlar ATV-nin yeni layihəsi üçün kamera qarşısına keçiblər. Belə ki, dünyada məşhur olan "İki ulduz" adlı layihə Azərbaycanda da yayımlanacaq. Proqramın aparıcısı Cavid Gül olacaq. 

Münsif kürsüsündə əməkdar artist Mehriban Zəki, şair Baba Vəziroğlu, "Soy prodakşn"ın rəhbəri Oqtay Əliyev, bəstəkar Faiq Sücəddinov əyləşəcək.
 
Verilişin iştirakçıları əməkdar artist Elza Seyidcahan, müğənnilər Xatirə İslam, Lətifə Soyuöz, Faytonçu Nazim, Vasif Məhərrəmli, Rəvan Qarayev, rəqqasə Fatimə Fətəliyeva, aşıq Samirə Əliyeva, aktyor İslam Mehrəliyev və başqaları olacaq. Onlar fərqli səhnəciklər nümayiş etdirəcəklər.

Milli.Az


















Tags:  Məşhurları heç belə görməmisiniz FOTO

RƏYLƏR


Top news