Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Cəlilabadda su bəndi dağılıb, Ələt-Astara magistral yolu bağlanıb

Cəlilabadda su bəndi dağılıb, Ələt-Astara magistral yolu bağlanıb

Mikroavtobus tərəfindən vurulan piyada özünü günahlandırdı - FOTO (27 Mart 2017 09:22)
Lənkəranda mikroavtobus piyadanı vurdu (27 Mart 2017 08:48)
Cəlilabadda ağır qəza - 2 ölü, 2 yaralı (22 Mart 2017 20:54)

Tarix: 27 Oktyabr 2016 18:17

Cəlilabad. 27 oktyabr. REPORT.AZ/ Cəlilabad rayonunda su bəndi dağılıb.
“Report”un Aran bürosu xəbər verir ki, son günlər aramsız yağan yağışlar rayon ərazisindəki bəzi göllərin səviyyəsini qaldırıb.
Yerli sakinlərin sözlərinə görə, rayonun Cəfərxanlı kəndi ərazisindəki belə göllərdən birinin səviyyəsi maksimum həddə çatdığından bənd dağılıb.
Gölün suyu İncəçay vasitəsi ilə axıdıldığından rayonun Alar kəndinə də təhlükə yaranıb. Əraziyə texnika və canlı qüvvə cəlb edilib. Yerli sakinlərin verdiyi məlumata görə, suyu ötürməkdən ötrü Ələt-Astara magistral yolu bağlanılıb. Nəqliyyat vasitələri alternativ yoldan istifadə edir.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov hadisə yerindədir. 

Teqlər:  Cəlilabadda su bəndi dağılıb Ələt-Astara magistral yolu bağlanıb



RƏYLƏR


Top xəbərlər