Cəlilabadda su bəndi dağıldı, Ələt-Astara magistral yolu bağlandı

Cəlilabadda su bəndi dağıldı, Ələt-Astara magistral yolu bağlandı
18:22 27 Oktyabr 2016
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabad rayonunda su bəndi dağılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, son günlər aramsız yağan yağışlar rayon ərazisindəki bəzi göllərin səviyyəsini qaldırıb.

Yerli sakinlərin sözlərinə görə, rayonun Cəfərxanlı kəndi ərazisindəki belə göllərdən birinin səviyyəsi maksimum həddə çatdığından bənd yarılıb.

Gölün suyu İncəçay vasitəsi ilə axıdıldığından rayonun Alar kəndi üçün də təhlükə yaranıb. Əraziyə texnika və canlı qüvvə cəlb edilib. Yerli sakinlərin verdiyi məlumata görə, suyu ötürməkdən ötrü Ələt-Astara magistral yolu bağlanılıb. Nəqliyyat vasitələri alternativ yoldan istifadə edir.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov hadisə yerindədir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/483810.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR