Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İlham Əliyev Çexiya prezidentini təbrik etdi

İlham Əliyev Çexiya prezidentini təbrik etdi

Date: 27 October 2016 18:27

Azərbaycan prezidenti İlham Əliyev Çex Respublikasının prezidenti Miloş Zemana təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan-Çexiya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələri bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim sülh və firavanlıq arzulayıram".

Milli.Az


Tags:  İlham Əliyev Çexiya prezidentini təbrik etdi

RƏYLƏR


Top news