Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Deutsche Bank" III rübü proqnozların əksinə mənfəətlə başa vurub

"Deutsche Bank" III rübü proqnozların əksinə mənfəətlə başa vurub

Date: 27 October 2016 18:32

Bakı. 27 oktyabr. REPORT.AZ/ "Deutsche Bank" 2016-cı ilin III rübündə gözlənilmədən mənfəət əldə etdiyini açıqlayıb. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, Bankın mənfəət əldə etməsi öhdəlikləri və restrukturizasiya xərclərinin proqnozlardan az olması səbəbi ilə bağlıdır.
"Deutsche Bank" tərəfindən oktyabrın 27-də Frankfurtda (Almaniya) açıqlanan hesabata əsasən, şirkətin III rübdə xalis mənfəəti 256 mln. avro (279 mln. ABŞ dolları) olub. Xatırladaq ki, Bank keçən ilin anoloji dövrünü 6,01 mlrd. avro (6,55 mlrd. dollar) zərərlə başa vurub. "Bloomberg"in sorğusunda iştirak edən 14 analitikin proqnozuna görə, Bankın III rübdə 394 mln. avro (429 mln. dollar) zərər edəcəyi gözlənilirdi.
Xatırladaq ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin bir hissəsini "Deutsche Bank"ın istiqrazları təşkil edir. ARDNF-dən verilən məlumata əsasən, Fondun investisiya portfelində 180 mln. dollar ekvivalentində "Deutsche Bank" istiqrazları mövcuddur. Bu da məcmu investisiya portfelinin 0,52%-ni təşkil edir.
Bundan başqa, Fondun aktivlərinin bir hissəsi "Deutsche Asset & Wealth Management İnternational GmbH." tərəfindən xarici menecer kimi idarə edilir. Lakin Fonddan verilən rəsmi məlumata görə, alınmış bütün qiymətli kağızlar ARDNF-in mülkiyyətindədir: "Menecer şirkətin idarəetməsində olan aktivlər ARDNF-in kastodial (depozitar) bankı olan "Bank of Nyu-York Mellon"da saxlanılır".

Tags:  Deutsche Bank III rübü proqnozların əksinə mənfəətlə başa vurub


RƏYLƏR


Top news