Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şener Şen şikayətləndi: “Təklif gəlmir” + fotolar

Şener Şen şikayətləndi: “Təklif gəlmir” + fotolar

Date: 27 October 2016 18:46

Məşhur türk aktyor Şener Şen restoranlardan birindən çıxarkən jurnalistlərin suallarını cavablandırıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor uzun zamandır heç bir filmdə rol almamasının səbəbini təklif almaması ilə əlaqələndirib.

Ş.Şen “Yaxın zamanda siz hansısa serialda rol alacaqsınızmı” sualına “Xeyr cavabını verib.

Onun bu cavabı “İçerde” serialında oynayacağı ilə bağlı iddiaları da təkzib edib.

Qeyd edək ki, bir neçə gün öncə mətbuatda Ş.Şenin “İçerde” serialında oynayacağı ilə bağlı xəbərlər yazılmışdı.


Tags:  Şener Şen şikayətləndi Təklif gəlmir fotolar

RƏYLƏR


Top news