Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Xalq artisti minnətdarlıq etdi

Xalq artisti minnətdarlıq etdi

Röya Ağdamda, Aygün Bakıda... (17 Mart 2017 14:12)
Leyla Əliyeva xalq artistini təbrik etdi - FOTO (13 Mart 2017 11:43)
Leyla Əliyeva xalq artistini təbrik etdi (12 Mart 2017 23:54)

Tarix: 27 Oktyabr 2016 19:26

Oktyabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikada səfərdə olan xalq artisti Tofiq Bakıxanov ilə görüşüb.

Axşam.az Ali Məclisin mətbuat xidmətinə istinadən xəbər verir ki, V.Talıbov görüşdə Tofiq Bakıxanovun Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərindən danışıb və bəstəkarın əsərlərinin yüksək qiymətə layiq olduğunu bildirib.

Tofiq Bakıxanov muxtar respublikada musiqi sənətinin inkişafı və gənc musiqiçi kadrların hazırlanması sahəsində həyata keçirilən tədbirlərin onda böyük məmnunluq doğurduğunu vurğulayıb.

Naxçıvanda yaradıcılığına yüksək qiymət verildiyini bildirən bəstəkar göstərilən diqqətə görə minnətdarlıq edib.


Teqlər:  Xalq artisti minnətdarlıq etdi



RƏYLƏR


Top xəbərlər