Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

OPEC ekspert komitəsinin növbəti görüşü keçiriləcək

OPEC ekspert komitəsinin növbəti görüşü keçiriləcək

S.Ərəbistanı OPEC-in neft hasilatının azaldılması ilə bağlı qərarını uzatmayacaq (10 Mart 2017 15:37)
Rusiya OPEC-ə xəbərdarlıq edib (03 Mart 2017 13:12)
Sabah bankların ekspert qruplarının görüşü keçiriləcək (02 Mart 2017 16:52)

Tarix: 27 Oktyabr 2016 19:32

Bakı. 27 oktyabr. REPORT.AZ/ OPEC-in bu il noyabrın 30-da Avstriyanın Vyana şəhərində keçiriləcək sammitindən əvvəl ekspert komitəsinin həmin ayın 24-25-də daha bir görüşünün təşkili gözlənilir. 
"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə açıqlama Əlcəzairin energetika naziri Nurəddin Buterfa tərəfindən verilib.
Ekspert komitəsinin ilk iclası isə oktyabrın 28-29-da Vyanada keçiriləcək. İclasda OPEC üzvü olmayan 12 ölkənin iştirak etməsi gözlənilir. Həmçinin hər iki iclasda neft hasil edən ölkələrin hasilat kvotalarının müəyyən edilməsi planlaşdırılıb. Oktyabrın 28-29-da keçiriləcək iclasda Azərbaycanın da iştirak etməsi müəyyənləşib.
Əlcəzairin energetika nazirinin sözlərinə görə, sammitdə OPEC hasilat kvotalarını təsdiqləyəcək.
Qeyd edək ki, hasilatın azaldılması ilə bağlı ilkin razılaşma OPEC-in qeyri-formal Əlcəzair sammitində sentyabr ayında əldə olunub. N.Buterfanın deyib ki, biz "Əlcəzair sammiti razılaşmasının reallaşdırılması üzərində çalışırıq."
Bu açıqlamadan sonra neftin qiyməti birr qədər artıb. "Brent" markalı neft yenidən 50 dollar/barel həddini keçib.

Teqlər:  OPEC ekspert komitəsinin növbəti görüşü keçiriləcək



RƏYLƏR


Top xəbərlər