Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Lənkəranda sərnişin avtobusları toqquşub, yaralananlar var

Lənkəranda sərnişin avtobusları toqquşub, yaralananlar var

Bakıda ağır yol qəzası: ölən və yaralananlar var (20 Mart 2017 17:57)
Argentinada iki sərnişin avtobusu toqquşub, çox sayda ölən və yaralanan var (24 Fevral 2017 23:12)
Sərnişin avtobusları toqquşdu - BAKIDA (23 Fevral 2017 10:34)

Tarix: 27 Oktyabr 2016 19:42

Lənkəran. 27 oktyabr. REPORT.AZ/ Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 
"Report"un Cənub bürosu xəbər verir ki, hadisə Lənkəran şəhəri, Füzuli küçəsində qeydə alınıb. 
Lənkəran şəhəri Dairəvi marşrut avtobusu Lənkəran-Astara xətti ilə hərəkət edən sərnişin mikroavtobusu ilə toqquşub. Nəticədə mikroavtobusda olan 14 sərnişindən 4 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıblar. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir. 
Qeyd edək ki, Lənkəran şəhəri Dairəvi marşrut avtobusu qaraja hərəkət etdiyindən içərisində sərnişin olmayıb. 
Faktla bağlı araşdırma aparılır. 








Teqlər:  Lənkəranda sərnişin avtobusları toqquşub yaralananlar var



RƏYLƏR


Top xəbərlər