"Messi ilə dost olmasaq da, bir-birimizə hörmətlə yanaşırıq"

"Messi ilə dost olmasaq da, bir-birimizə hörmətlə yanaşırıq"
19:42 27 Oktyabr 2016
80 İdman
Ölkə mətbuatı
A- A+

Kriştianu Ronaldu mətbuata maraqlı açıqlamalar verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı ulduz Messi və çalışdığı məşqçilər barədə sualları cavablandırıb.

"Messi ilə rəqabət. Messi ilə dost olmasaq da, bir-birimizə hörmətlə yanaşırıq. KİV-lər onunla münasibətimizi möhtəşəm rəqabət kimi qələmə verir. Amma belə deyil.

Zidan barədə. Zidan komandanı necə toparlamağın bariz nümunəsini ötən mövsüm hamıya göstərdi. Çempionatı yaxşı başa vurduq, Çempionlar Liqasının qalibi olduq. "Real"ın heyətində əla mövsüm keçirdim. Zidan klub üçün düzgün seçim idi.

Ser Aleks Ferqyussonun rolu. Ferqyusson mənə ata kimidir. Bütün məşqçilərin əməyi üzərimdə böyükdür. Amma "Mançester Yunayted"ə gələndə hələ uşaq idim. Dünyanın böyük klublarından birinə tez gəldim. Ser Aleks kimi şəxsə ehtiyacım vardı.

Mourinyo haqqında. Bir sıra məşçilərin rəhbərliyi altında oynamışam. Mourinyo iti ağlına görə seçilirdi. O, ən xırda detalları da diqqətdən qaçırmırdı.

Ən güclü rəqib oyunçu. Eşli Koul sənə nəfəs almağa imkan vermir. Çox cəld, güzəştsiz oyunçudur. Ona qarşı oynayanda bilirsən ki, sənə heç də asan olmayacaq.

Müharibəyə kimi götürərdi. Pepeni. O, təkcə yaxı müdafiəçi deyil, həm də meydanda tam gücünü qoyur.

Kumiri. Fiqo və Rui Koştaya həmişə rəğbət bəsləmişəm. Amma heç kimin etdiklərini təkrarlamaq istəməmişəm.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/483705.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR