İqtisadiyyat Nazirliyi Lənkəranda gənclər üçün treninq keçirib

İqtisadiyyat Nazirliyi Lənkəranda gənclər üçün treninq keçirib
19:42 27 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 27 oktyabr. REPORT.AZ/ Bu gün Lənkəranda İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin yerli nümayəndəliyinin təşkilatçılığı ilə gənclər üçün treninq keçirilib.
İqtisadiyyat Nazirliyindən "Report"a bildirilib ki, "Biznes ideyanı yarat", "Öz biznesinə başla" və "Biznes planların hazırlanması" mövzularında keçirilən treninqdə gənclərə biznes-ideyanın yaradılması və həyata keçirilməsi yolları, biznes plan və onun tərtib edilməsi, marketinq araşdırmalarının aparılması, bu sahədə beynəlxalq təcrübə, prioritet biznes istiqamətləri, yeni biznes subyektlərinin yaradılması qaydaları və s. barədə ətraflı məlumat verilib.
Bundan başqa, tədbirdə iştirakçılar Nazirlik tərəfindən göstərilən elektron xidmətlər barədə geniş məlumatlandırılıb.
Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Tədris Mərkəzinin hazırladığı metodiki vəsaitlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/i-qtisadiyyat-nazirliyi-lenkeranda-gencler-ucun-treninq-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR