Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Qəbələ" klubu Avropa Liqası matçı ilə əlaqədar Bakı Metropliteninə müraciət edib

"Qəbələ" klubu Avropa Liqası matçı ilə əlaqədar Bakı Metropliteninə müraciət edib

Apreldə 17 möhtəşəm matç (24 Mart 2017 10:23)
Apreldə 17 möhtəşəm matç (24 Mart 2017 09:17)
“Qəbələ” avrokuboklara vəsiqəni təmin etdi (21 Mart 2017 10:17)

Tarix: 27 Oktyabr 2016 20:02

Bakı. 27 oktyabr. REPORT.AZ/ "Qəbələ" klubu Bakı Metropoliteninə müraciət edib. 
Klubun baş meneceri Zaur Əzizovun "Report"a verdiyi məlumata görə, məktubda Bakı Metropoliten rəhbərliyindən "qırmızı-qaralar"ın Fransa "Sent Etyen"i ilə Avropa Liqasının qrup mərhələsinin IV tur matçından sonra azarkeşlərin evlərinə qayıtmaları üçün şərait yaradılması xahiş olunub.
Noyabrın 3-də "Bakcell Arena"da keçiriləcək görüş saat 22:00-da başlayacaq. Oyun metro stansiyaların bağlanacağı ərəfədə - gecə saat 24 radələrində başa çatacağından, tamaşaçılar yaxınlıqdakı "Xalqlar dostluğu" və "Neftçilər" stansiyalarına vaxtında çatamayacaqlar. Məhz bu amili nəzərə alan "Qəbələ" rəhbərliyi stansiyalara giriş vaxtının gecə saat 01:00-dək uzadılmasını istəyib.
Metroplitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev "Report"a açıqlamasında bu cür müraciətlərə müsbət yanaşıldığını bildirib: "Klub müraciət edibsə, məsələyə baxılacaq və müvafiq qərar veriləcək".

Teqlər:  Qəbələ klubu Avropa Liqası matçı əlaqədar Bakı Metropliteninə müraciət edib



RƏYLƏR


Top xəbərlər