"Meydana "Çelsi" ilə oyundan daha güclü heyət buraxmışdım"

"Meydana "Çelsi" ilə oyundan daha güclü heyət buraxmışdım"
20:05 27 Oktyabr 2016
49 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted" İngiltərə Liqa Kubokunda "Mançester Sitiy"ni mübarizədən kənarlaşdırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın 1:0 hesabıyla qalib gəldiyi oyundan sonra Joze Mourinyo bunları deyib:

"Futbolçular mümkün olanı edib layiqli qələbə qazandılar. Ötən həftə vəziyyət istədiyimiz kimi gətirmədi. Amma biz peşəkarlarıq. Bu oyun azarkeşlərimizi sevindirmək üçün bir şans idi. Meydana "Çelsi" ilə oyundan daha güclü heyət buraxmışdım.

Belə fanatlara rast gəlməmişdim. Biz 0:4 uduzurduq, onlarsa komandanı dəstəkləməkdə davam edirdilər. Azarkeşlərin "Yunayted"ə sevgisini 3 uğursuz mövsüm zəiflətməyib. Onlara bunun əvəzini verməli idik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/483697.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR