Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Moskva birjası iri şirkətlərə valyuta bazarına birbaşa çıxış imkanı yaradacaq

Moskva birjası iri şirkətlərə valyuta bazarına birbaşa çıxış imkanı yaradacaq

Date: 27 October 2016 20:07

Bakı. 27 oktyabr. REPORT.AZ/ Moskva birjası Rusiyanın iri şirkətlərinə valyuta bazarına birbaşa çıxış imkanı yaradacaq. 
"Report"un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu, ilin sonunadək gerçəkləşə bilər. 
İlin sonunadək təqribən 50 şirkət vəsaitlərini valyuta bazarında yerləşdirə biləcək. Bu da gündəlik dövriyyənin əlavə 1 mlrd. ABŞ dolları artmasına imkan verəcək. Ümumilikdə, 2017-ci ilin birinci rübündə 75 iri şirkətin valyuta bazarına birbaşa çıxışının olması planlaşdırılır. Birjanın məlumatına əsasən, ticarətdə yalnız minimal kapital 10 mlrd. rub. olan və müəyyən edilmiş reytinqə sahib iri şirkətlər iştirak edəcək.
Qeyd edək ki, hazırda iri şirkətlər vəsaitlərini valyuta bazarında vasitəçilər- broker və banklar vasitəsilə yerləşdirir. 
Analitiklərin fikrincə, iri şirkətlərin valyuta bazarında birbaşa iştirakı bazarda likvidliyin artmasına təkan verəcək: "Birjada ticarətə birbaşa çıxış rublun məzənnəsinə elə də əhəmiyyətli təsir göstərməyəcək."

Tags:  Moskva birjası iri şirkətlərə valyuta bazarına birbaşa çıxış imkanı yaradacaq

RƏYLƏR


Top news