Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Heç kimdən incik deyiləm"

"Heç kimdən incik deyiləm"

Date: 27 October 2016 20:17

İspaniya millisinin eks baş məşqçisi Visente del Boske AVRO-2016-dan sonra istefa verməsindən peşman deyil.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Lopeteqinin təyinatına da qarışmadığını bildirib.

"Mən heç kimdən incik deyiləm. Sona qədər istədiklərimizi edirdim. Milli komanda üçün ən yaxşı qərarlar qəbul etdiyimizi düşünürdüm. Lopeteqinin baş məşqçi təyin olunması ilə bağlı mənimlə məsləhətləşməyiblər. Heç özüm də bu məsələyə qarışmaq istəmirdim. Məşqçi sərt yox, tələbkar olmalıdır".

Del Boske İspaniya millisinə 2010-cu ildə Dünya, 2012-ci ildə Avropa çempionluğunu qazandırmışdı.

Milli.Az


Tags:  Heç kimdən incik deyiləm

RƏYLƏR


Top news